"Seltik" 52-ci dəfə ölkə çempionu oldu

12.05.2022 11:42 491
Dünya futbolu
Şotlandiya çempionatında bu mövsümün qalibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu "Seltik"di. Komanda pley-offda "Dandi Yunayted"lə heç-heçə edib - 1:1. Bu nəticədən sonra xalını 90-a yüksəldən "Seltik" yarışın bitməsinə 1 tur qalmış çempionluğu rəsmiləşdirib.

Beləliklə, komanda tarixində 52-ci dəfə ölkə çempionu olub.