• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Seltik” 8-ci dəfə daxili “trebl” etdi!

Dünya futbolu

24-07-2023, 23:0

Şotlandiya çempionatının 2022/23 mövsümü çempionluq yarışında intriqanın ümumilikdə zəif olması ilə yadda qaldı.

"Football-plus.az" xəbər verir ki, “Reyncers” titulu geri qaytarmaq üçün çox çalışdı, lakin qüdrətini daha da artıran “Seltik” azarkeşlərinə növbəti böyük bayram yaşatdı.

“Seltik” Şotlandiyada kubok qoymadı

2021/22 mövsümündə əzəli rəqibi “Reyncers”dən 4 xal çox toplamaqla çempion olan “Seltik”in Angelos Postekoğlunun başçılığı altında keçirdiyi son mövsüm daha uğurlu alındı. Xatırladaq ki, rəhbərliyin onu baş məşqçi vəzifəsinə təyin etməsi yerli publikada böyük təəccüblə qarşılanmışdı. Avstraliyalı mütəxəssisin üç il yarım ərzində “Yokohama F.Marinos”u Yaponiya çempionatında qələbəyə və ölkə kubokunun finalına daşıması Şotlandiyada ciddi uğur sayılmırdı. Lakin 57 yaşlı çalışdırıcı əzəli rəqib “Reyncers”in qələbə yürüşünü dayandırmaqla “ağzıgöyçəklər”i susdurmuşdu.

Onun komandasının son mövsümdə daha güclü olduğu ilk turlardan hiss olunurdu. “Yaşıl-ağlar”ın mövsümün birinci mərhələsini birnəfəsə keçdiklərini əminliklə söyləmək olar. “Seltik” 33 turluq marafonda ən güclü hücuma (103) və ən güclü müdafiəyə (25) malik komanda kimi yadda qaldı. “Zolaqlılar” premyer-liqanın bu mərhələsində 30 qələbə, 2 heç-heçə və yalnız 1 məğlubiyyətlə nəticədə 92 xal toplayaraq 1-ci oldular. Postekoğlunun komandası 5 turluq mükafatlar uğrunda mübarizədə yalnız 7 xal qazansa da, 53-cü dəfə Şotlandiya çempionu oldu. Çempionatı 114 qol vurmaqla bitirən “yaşıl-ağlar” mövsüm ərzində bir sıra müsbət seriyalarla yadda qaldılar. Belə ki, onlar ən uzun - 12 oyunluq qələbə və 27 oyunluq məğlubiyyətsiz seriyaları ilə fanatlarını sevindirdilər.

Doğrudu, qitə arenasında da uğurlu çıxış etmək “zolaqlılar”a müyəssər olmadı. Qlazqo klubu Çempionlar Liqasının qrupunda “Real”, “Leyptsiq” və “Şaxtyor”a qarşı keçirdiyi 6 matçda yalnız 2 xal qazanmaqla sonuncu yeri tutdu. Bu nəticə ilə avrokubok macərası qısa çəkən komandanın diqqəti daxili yarışlara ayırması üçün əlverişli şərait yarandı. Və Postekoğlunun komandası Şotlandiyada kubok qoymadı. “Zolaqlılar” fevralın 26-da finalda “Reyncers”i 2:1 hesabıyla məğlub edərək Liqa kubokunu qazandılar. İyunun 3-də isə onlar üçün tarixi məqam baş verdi. Həmin gün “İnverness”ə 3:1 hesabı ilə qalib gələn çempion ölkə kubokuna da yiyələndi. Beləliklə, “Seltik” tarixində 8-ci dəfə daxili “trebl” etdi!

Van Bronkhorstun “Reyncers” macərası bir il çəkdi

2020/21 mövsümündə “Reyncers”i 102 xalla çempionluğa daşıyan Stiven Cerrardın vətəni İngiltərədən aldığı təklifi qəbul etməsi komandaya təsirsiz ötüşməmişdi: 43 yaşlı mütəxəssisin “Aston Villa”nın başına keçməsi sonda “göylər”in titulu itirməsinə səbəb olmuşdu. Rəhbərliyin hələ 2021-ci ilin noyabrında Cerrardın yerinə baş məşqçi təyin etdiyi Covanni van Bronkhorsta ümidi az deyildi. Niderlandlı mütəxəssis, hər halda, 2021/22 mövsümünü əzəli rəqibdən bir qədər geri qalmaqla başa vurmuş və çempionluq yarışında intriqanın həlledici mərhələyə qədər qorunmasına nail olmuşdu. Onun komandanı Avropa Liqasının finalına (komanda Frankfurt “Ayntraxt”ına əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan həlledici matçdan sonrakı penalti seriyasında uduzmuşdu) çıxarması da ümidləri artırmışdı.

Lakin “Reyncers” növbəti mövsümdə azarkeşlərinin ümidini doğrulda bilmədi. Əslində komanda mövsümə çox yaxşı başlamışdı: ilk 5 turda 4 qələbə və 1 heç-heçəyə nail olan “göylər” lider “Seltik”dən yalnız 2 xal geri qalırdılar. 6-cı turun sentyabrın 3-də keçirilən oyunu Van Bronkhorstun komandası üçün faciəvi nəticələndi: çempion əzəli rəqibinin qapısından 4 cavabsız top keçirdi. Və futbol ictimaiyyətində bu “Reyncers”in ən yüksək titula iddia edə bilməyəcəyi düşüncəsi formalaşdı. İş elə gətirdi ki, rəhbərlik noyabrda Van Bronkhorstla vidalaşmağı lazım bildi. Başqa sözlə, onun Qlazqo macərası düz bir il çəkdi. Niderlandlının yerinə təyinat alan Maykl Bilin əvvəlki iş yeri “Kuinz Park Reyncers” olmuşdu. 42 yaşlı mütəxəssis komandada yaxşı mənada dönüşə nail ola bilmədi. Heç kim çempionatın birinci mərhələsinini “Seltik”dən 13 xal geri qalmaqla 2-ci yerdə başa vuran “Reyncers”dən möcüzə gözləmirdi. Belə də oldu: komanda yekun cədvəldə əzəli rəqibdən 7 xal geri qaldı. “Seltik”ə Liqa kubokunun finalında uduzan ölkə nəhəngi mövsümü titulsuz başa vurdu. Finişə 3 tur qalmış evdə çempionun qapısından üç cavabsız top keçirmək “göylər” üçün kiçik təsəlli oldu...

“Dandi Yunayted” getdi, “Dandi” gəldi
Mövsümün uğursuzu “Dandi Yunayted” oldu. Bu komanda çempionşipə düşdü. “Dandi” isə birillik fasilədən sonra yenidən premyer-liqada çıxış edəcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-11-2022, 14:0

Van Bronkhorst işini itirdi

Dünya futbolu

5-06-2023, 23:0

8-ci dəfə “trebl” etdilər

Dünya futbolu

12-05-2022, 11:0

"Seltik" 52-ci dəfə ölkə çempionu oldu

Ölkə futbolu

3-02-2023, 10:0

"Qarabağ" Avropanın nəhəng klublarını qabaqladı

Dünya futbolu

16-04-2022, 15:0

Hücumçulardan çox qol vuran müdafiəçi… - YAZI

Dünya futbolu

29-06-2023, 12:0

Rıdvan Yılmaz Şotlandiya macərası haqda danışdı

Aktual
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
Son xəbərlər
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:28
    "Karvan-Yevlax"dan qələbə, "Qarabağ" azlıqda qalan "Sabah"a uduzdu - YENİLƏNİB
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
  • Dünən, 19:55
    "Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
  • Dünən, 19:24
    Milli Andorraya yenə qalib gəldi
  • Dünən, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
  • Dünən, 18:56
    "Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirdi" - Fizuli Məmmədov
  • Dünən, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    "Futbolçular daha məsuliyyətli olmalıdı" - Ayxan Abbssov
  • Dünən, 17:24
    ''Fənər'' fanatlarını yenə infarkt dərəcəsinə çatdırdı - Bu mövsüm 3-cü dəfə...
  • Dünən, 17:08
    Zelim Tçkayev bürünc medal qazandı - AÇ
  • Dünən, 16:56
    “Qarabağ” son səkkiz oyunda “Sabah”a qalib gələ bilməyib - növbəti tamaşa olacaqmı?
  • Dünən, 16:25
    Emin Əmrullayevdən "Neftçi"yə dəstək
  • Dünən, 15:53
    “Sabah”ın futbolçusuna “sarı” verməyən Tural Qurbanov “Qarabağ”ın oyununda... – niyə, Rəhim Həsənov?
  • Dünən, 15:22
    "Karvan-Yevlax" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 14:51
    İngiltərəli əfsanə Kriştiano Ronaldonun onu sevməməsinin səbəbini açıqladı
  • Dünən, 14:30
    Kapitanla müqavilə yenilənəcək
  • Dünən, 14:09
    “Qarabağ” Elçin Məsiyevi görüb, “Sabah”a uduzub! – amma ağdamlılar üçün bədayaq tək o deyil...
  • Dünən, 13:58
    Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
  • Dünən, 13:27
    Fransa klubunu əlavə xərcə saldı
  • Dünən, 12:56
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 12:25
    Yunanıstanın ən prinsipial oyununu türkiyəli hakim idarə edəcək
  • Dünən, 11:54
    Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
  • Dünən, 11:23
    Flik niyə tələsmir?
  • Dünən, 10:52
    Arbeloanın yerini kim tutacaq?
  • Dünən, 10:31
    Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
  • Dünən, 10:00
    Kocamandan iddialı sözlər: ''Qarşıdakı 20 il ''Fənərbaxça''nın dönəmi olacaq''
Daha çox
Oxunub: 250
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 224
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 219
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 155
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 152
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 143
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə