Kiyevdə həyəcan siqnalı verildi - Renatın komandasının matçı yarımçıq qaldı

1.11.2026 00:28 45
Dünya futbolu
Ukrayna premyer-liqasında 11-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Renat Dadaşovun şərəfini qoruduğu "Bukovina" “Livyi Bereq”in qonağı olub. Lakin qarşılaşma sona çatdırılmayıb. Belə ki, ilk hissədən sonra Kiyevdə hava həyəcanı siqnalı verildiyi üçün matç yarımçıq saxlanılıb.

Birinci hissədən sonra "Bukovina" 1:0 öndə idi.

Qarşılaşmanın ikinci hissəsi sabah yerli vaxtla 12.00-da oynanılacaq.

Renat zədəli olduğu üçün bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.