“Everton” tarixinin ən çətin dövrünü yaşayır. Klubun mövcudluğu sual altına düşə bilər.
"Football-plus.az" xəbər verir ki, premyer-liqada ilk 28 oyunda 26 xal yığan Şon Dayçın komandasının 2-ci diviziona düşmək ehtimalı var. “The Guardian”ın yaydığı məlumata görə, “Everton” növbəti mövsüm üçün premyer-liqadada iştirak hüququnu qoruya bilməsə, klubun fəaliyyətini davam etdirməsi sual altına düşəcək. Liverpul klubunun direktorları və auditorları 2021/22 mövsümü üçün itkinin 44,7 milyon funt sterlinq olduğunu bildiriblər. Komanda aşağı liqaya düşsə, “Everton”un əsas səhmdarı Fərhad Moşirinin öhdəliklərini yerinə yetirməkdən imtina edəcəyi gözlənilir. Bu halda 145 illik tarixi olan “Everton” futbol tarixindən silinə bilər.