İtaliya çempionu daha bir oyunçu aldı

31.08.2023 12:37 218
Dünya futbolu
“Napoli” heyətinə daha bir oyunçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, İtaliya çempionu yarımmüdafiə xəttini gücləndirib.

Neapollulara Yesper Lindstrem qoşulub. Danimarkalı futbolçu “Ayntraxt”dan transfer olunub. 23 yaşlı oyunçunun birillik icarəsi apenninlilərə 5 milyon avroya başa gəlib. “Napoli” gələn yay onun transfer hüququna yiyələnmək üçün Frankfurt klubuna 20 milyon avro ödəməli olacaq.

Yesper ötən mövsüm “Ayntraxt”ın heyətində meydana çıxdığı 38 oyunda 9 qolun və 2 məhsuldar ötürmənin müəllifi olub. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.