• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah” yenidən tanış hakimlə görüşəcək - TANITMA

Aktual / Avrokuboklar

25-07-2024, 13:0

Konfrans Liqasındakı təmsilçilərimiz bu gün meydana çıxacaq.

Belədə həmin matçları idarə edəcək hakimlər də maraq dairəmizdədi. Ən azı ona görə ki, nəinki ölkə daxilində, qitə turnirlərində də ədalət təmsilçilərinin zərərçəkənlərindən olmuşuq. Odu ki, hakimləri yaxından tanımağa dəyər.

“Sumqayıt”ın “Fehervar”la ilk oyununu Albaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Florian Lata, köməkçi hakimlər Xulio Mani və Reydi Zaimi olacaq. Dördüncü hakim funksiyasını isə Kreşnik Çyapi yerinə yetirəcək. Florian hələ gəncdi. 26 yaşlı ədalət təmsilçisi karyerasının təməllərini indi atır desək, yanılmarıq. O, Konfrans Liqasının təsnifat mərhələsində cəmi bir oyun idarə edib. 4 beynəlxalq yoldaşlıq oyununda meydana çıxan “fit sahibi” 2 dəfə 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində ədaləti qoruyub. Ölkəsində 20 oyunun həvalə edildiyi hakim burda 108 sarı, 8 qırmızı vərəqə göstərib. Karyerasına hələ ki 74 qarşılaşma sığdıran Florian həmin matçlarda 357 “sarı”, 22 “qırmızı” ilə futbolçuları üzüb.

“Sabah”ın “Makkabi” sınağını belçikalı hakimlər briqadası idarə edəcək. Baş hakim Natan Verbumenə Matias Hillart və Ruben Vins kömək edəcək. 4-cü hakim funksiyasını isə Uesli de Kremer yerinə yetirəcək. Natan Verbumen?! Bəli, bu ad sizə tanış gəlirsə, yanılmırsız. Çünki o, ötən mövsüm Misli premyer-liqasının 35-ci turunun “Sabah” – “Sumqayıt” matçında (2:0) AFFA-nın dəvəti ilə VAR-da əyləşmişdi. Həmin oyunu xatırlayanlar bilir ki, nə “bayquşlar”ın, nə də “kimyaçılar”ın hakimliklə bağlı ciddi iradı oldu. Ümid edək ki, Verbumenin “Sabah”la ikinci dəfə rastlaşması xoş təsadüf kimi yadda qalacaq. Hər halda, 2010-cu ildən peşəkar fəaliyyət göstərən 35 yaşlı ədalət təmsilçisi karyerası ərzində 266 matçda boşuna meydana çıxmayıb. Özü də siyahıya Çempionlar (1), Avropa (1), Konfrans (6) , Gənclər Liqaları (4), həmçinin beynəlxalq yoldaşlıq oyunları, 17 və 21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsindəki sınaqları ölkəsinin yüksək liqasında keçirdiyi 137 matç (578 sarı, 40 qırmızı vərəqə - red.) daxildi. Ümumiyyətlə, Verbumen karyerası ərzində 1155 sarı, 84 qırmızı vərəqə göstərib.

Nəhayət, “Zirə”nin “DAK 1904” ilə keçirəcəyi ilk oyunun hakimləri də bəllidi. Belə ki, görüşü Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək. Baş hakimi İvo Torresə Rafael Morim və Dani Dias yardım göstərəcək. 4-cü hakim funksiyasını Jasim Sabotiç yerinə yetirəcək. Torresə gəlincə, 37 yaşlı ədalət təmsilçisi ölkəsində təcrübə yığandan sonra UEFA-nın diqqətini cəlb edib. Daha doğrusu, hakim Lüksemburq çempionatında 113 matç idarə edib, 495 sarı, 22 qırmızı vərəqə göstərib. Bununla yanaşı, o, 3 beynəlxalq yoldaşlıq görüşü, 1 Gənclər Liqası, 2 Konfrans Liqası, həmçinin U-19 və U-21-lər arasında AÇ-nin seçmə mərhələ matçlarında meydana çıxıb. Göründüyü kimi, Torresin avrokubok təcrübəsi ürəkaçan səviyyədə deyil. Qeyd edək ki, ona karyerası ərzində 184 oyun tapşırılıb, bu qarşılaşmalarda 769 sarı, 31 qırmızı vərəqə göstərib.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

19-07-2024, 16:0

“Sumqayıt” – “Fehervar” oyununun hakimləri

Konfrans Liqası

1-07-2022, 14:0

Təmsilçilərimizin Konfrans Liqasındakı oyunlarını idarə edəcək hakimlər bəlli oldu

Aktual

23-03-2023, 12:0

Polşalı hakim Bakıda nəyin şahidi olub?

Manşet / Avrokuboklar

10-08-2023, 13:0

Bu gün oyunları idarə edəcək hakimlərin hamısı ilə yollarımız kəsişib

Premyer-liqa / Manşet

9-11-2023, 16:0

Azərbaycana 3-cü dəfə səfər edən Pousonu yaxından tanıyaq

Aktual / Yığma

9-09-2023, 12:0

Türkiyəyə düşərli oldu, bəs biz?

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 149
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə