AÇ-2024-ün seçmə mərhələsində sabah keçiriləcək Avstriya - Azərbaycan oyununu idarə edəcək hakimlər bəllidi.
“Football-plus.az” xəbər verir ki, qarşılaşma Polşadan olan hakimlər briqadasına tapşırılıb.
Martın 24-də Linzdə keçiriləcək qarşılaşmanı Bartoş Frankovski idarə edəcək. Ona Marçin Boniek və Yakub Vinkler kömək edəcək. Dördüncü hakim funksiyasını isə Damian Kos yerinə yetirəcək.
2014-cü ildən sinəsində FİFA loqosu gəzdirən Bartoş Frankovski azərbaycanlı azarkeşlərə heç də yad sima deyil. 36 yaşlı ədalət təmsilçisi iki dəfə “Qarabağ”ın avrokubok oyununda əsas söz sahibi olub. Polşalı referi “köhlən atlar”ın 2019-cü ildə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Dandolk”la səfər matçında fit çalıb. Həmin görüş 1:1 hesabı ilə başa çatıb.
Ötən il isə Frankovski Konfrans Liqasının pley-offunda “Qarabağ” – “Marsel” görüşündə iş başında olub. Xatırladaq ki, 2022-ci il fevralın 24-də “Tofiq Bəhrəmov”da keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşmışdı – 0:3.
Avstriya ilə matçda baş hakim funksiyasını yerinə yetirəcək ədalət təmsilçisinin Bakıya ilk səfəri isə 2016-ci ilə təsadüf edib. Həmin vaxt paytaxta keçirilən 17 yaşa qədər futbolçular arasında Avropa Çempionatının qrup mərhələsində Azərbaycan – Portiqaliya görüşündə polşalı hakim qapımıza vurulan 5 qolun şahidi olub.
RƏŞAD