• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bu gün oyunları idarə edəcək hakimlərin hamısı ilə yollarımız kəsişib

Manşet / Avrokuboklar

10-08-2023, 13:0

Bu gün təmsilçilərimizin üç avrokubok matçı var.

"Football-plus.az" xəbər verir ki, “Qarabağ” Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə qarşılaşacaqsa, “Sabah” və “Neftçi” Konfrans Liqasının eyni təsnifat mərhələsində uyğun olaraq, “Partizan” və “Beşiktaş” ilə üz-üzə gələcək.

UEFA bir neçə gün öncə sözügedən oyunlar üçün hakim təyinatlarını açıqlayıb. Belə ki, “köhlən atlar”ın Tofiq Bəhramov adına Respublika stadionundakı oyununu israilli Roi Reynsreyber idarə edəcək. Ona həmyerliləri David Elias Biton və Saqi Metzamber yardım göstərəcək. Erez Papir 4-cü hakim funksiyasını yerinə yetirəcək. “Tələbələr”in qarşılaşması isə Gürcüstandan olan hakimlər briqadasına həvalə edilib. Görüşün baş hakimi Giorgi Kruaşvili olacaq. O, yan xətt hakimləri Levan Varamişvili ilə Zaza Pipianın yardımından faydalanacaq. 4-cü hakim isə Aleko Aptsiauridi. Nəhayət, “ağ-qaralar”ın sınağına İsveçrədən olan hakimlər briqadası təyinat alıb. Lukas Fandrix baş, Conas Erni və Guillom Mayre köməkçi hakim olacaqlar. Ehtiyat referi funksiyasını Yonnas von Mandax yerinə yetirəcək. Beləliklə, ənənəvi hakim təhlilinə keçid alaq.

Roi Reynsreyber – 43 yaşlı ədalət təmsilçisi 9 ildi bu işlə məşğuldu. İsrail çempionatının məşhur hakimi əsasən qalmaqallarla yadda qalıb. O, qərarları üzündən tez-tez yerli futbol mütəxəssislərinin müzakirə obyektinə çevrilir. Burda idarə etdiyi 161 matçda 915 sarı, 57 qırmızı vərəqə göstərən fit sahibi futbolçuların və baş məşqçilərin başağrısıdı. Reynsreyber ölkəsində o qədər də bəyənilməsə də, UEFA-nın güvəndiyi adlar sırasına qoşulmağı bacarıb. Karyerası boyunca Çempionlar (5), Avropa (18), Konfrans (3), Millərlər (3) Liqasının matçlarını, 7 beynəlxalq yoldaşlıq oyununu, 17 (2), 19 (4) və 21 (3) yaşadək futbolçular arasında Avropa çempionatının görüşlərini idarə edib. “Xidməti siyahısında” Avropa Liqasının 2018/19 mövsümünün “Qarabağ” – “Vorskla” (0:1) matçı da var. Bakıda keçirilən görüşdə Poltava təmsilçisi tarixi uğura imza atıb. Qurban Qurbanovun komandasını məğlub edən rəqib ilk dəfə Avroliqanın qrup mərhələsində qələbəyə sevinib. Oyunda təmsilçimiz 1, rəqib isə 4 sarı vərəqə ilə cəzalandırılıb. Ümid edək ki, israilli hakimin Azərbaycana ikinci səfəri “köhlən atlar”a uğur gətirəcək. Ümumiyyətlə, 329 matçda meydana çıxan ədalət təmsilçisi 1638 sarı, 94 qırmızı vərəqə göstərib.

Giorgi Kruaşvili – 37 yaşlı hakim Gürcüstan premyer-liqasının ünlülərindəndi. Təmkini və düzgün qərarları nəticəsində yerli futbol camiəsinin sevimlisinə çevrilib. Gürcülərin premyer-liqasına 117 dəfə meydana çıxan fit sahibi 463 sarı, 25 qırmızı vərəqə ilə oyunçuları məyus edib. Kruaşvili indiyə qədər Çempionlar (3) Avropa (8), Konfrans (5), Millətlər (2), Gənclər (9) Liqasının, həmçinin 17 (6), 19 (6) və 21 (7) yaşadək futbolçular arasında Avropa çempionatının oyunlarını idarə edib. Onun adına Azərbaycan futbol tarixində də rast gəlirik. 2012-ci ildə Azərbaycan və Bəhreyn milliləri arasında keçirilən görüşdə (3:2) köməkçi hakim kimi meydana çıxmışdı. Bundan başqa, Gənclər Liqasının 2018/19 mövsümündə “Qəbələ”nin U-19 komandası “Şerif”lə qarşılaşarkən ədaləti məhz o təmin etmişdi. Matç 1:1 hesabı ilə bitmişdi. Kruaşvili bizimkilərə 2, rəqibə isə 1 sarı vərəqə göstərmişdi. Ümumiyyətlə, “qarapaltarlı” karyerası boyunca idarə etdiyi 291 matçda 1126 sarı, 53 qırmızı vərəqə üçün əlini cibinə salıb.

Lukas Fendrix – maraqlıdı ki, ötən ay “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakuv”a Polşada 2:3 uduzduğu qarşılaşmanı da isveçrəli hakim idarə edib. Ötən saylarımızdan birində onunla bağlı ətraflı məlumat vermişdik. Ümid edirik ki, bu dəfə Azərbaycan klubuna – “Neftçi”yə uğur gətirər.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

4-08-2023, 15:0

Konfrans Liqası: “Neftçi” və “Sabah”ın oyununun vaxtı və təyinatları açıqlanıb

Avropa Liqası

3-08-2023, 15:0

"Qarabağ"ın HİK-lə oyunlarına hakim təyinatları

Konfrans Liqası

1-07-2022, 14:0

Təmsilçilərimizin Konfrans Liqasındakı oyunlarını idarə edəcək hakimlər bəlli oldu

Çempionlar Liqası

28-07-2022, 19:0

"Qarabağ" "Ferentsvaroş" oyununu idarə edəcək hakimlər açıqlandı

Çempionlar Liqası

29-07-2022, 10:0

"Qarabağ" üçün ispan hakim

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 176
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə