Məşhur xorvatiyalı vətənində oynayacaq

25.07.2024 12:13 284
Dünya futbolu
İvan Rakitiçin yeni komandası müəyyənləşib.

Xorvatiya millisinin sabiq yarımmüdafiəçisi bundan sonra vətənində çıxış edəcək. O, “Hayduk”a keçib. Split klubunun rəsmi saytının yaydığı xəbərə görə, 36 yaşlı oyunçu ilə “1+1 il” sxemi üzrə müqavilə imzalanıb. Təcrübəli futbolçu artıq ictimaiyyətə təqdim olunub.

Rakitiçin sonuncu klubu Səudiyyə Ərəbistanını “Əl-Şabab”ı olub. O, ötən mövsüm bütün yarışlarda 35 matçda iştirak edib, 3 qol vurub və 4 qolun ötürməsini verib.