Məşhur futbolçu Avstriyada qərar tutdu

4.06.2024 22:10 154
Dünya futbolu
Jerom Boatenqin yeni iş yeri müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, Almaniya millisinin sabiq oyunçusu Avstriyada qərar tutub. 35 yaşlı müdafiəçi LASK klubuna keçib. Lints klubunun rəsmi saytının xəbərinə görə, Boatenq ilə 2 illik müqavilə imzalanıb.
Sonuncu klubu “Salernitana” olan futbolçu əvvəllər “Herta”, “Hamburq”, “Mançester Siti”, “Bavariya” və “Lion”da çıxış edib.