Xorvatiyalı qolkiper iki Azərbaycan klubuna təklif olundu

3.02.2023 20:30 514
Premyer-liqa / Manşet
İvan Baniç karyerasını Azərbaycanda davam etdirə bilər.

Football-plus.az xəbər verir ki, 28 yaşlı qolkiper 2 premyer-liqa təmsilçisinə təklif olunub.

O, hazırda “Qoritsa”da çıxış edir. Cari mövsüm Xorvatiya çempionatında 19 görüşdə meydana çıxıb. Bu oyunlarda 26 qol buraxıb. 3 matçda isə qapısını toxunulmaz saxlayıb. Klubu ilə 2025-ci ilə qədər müqaviləsi var.

Baniç karyerası ərzində “Hayduk”, “Primoraç”, “Hrvaçe”, “İmotski”, “Split”, “Yunak Şinj”, “Duqopolye”, “Rudeş” və “Olimpiya”da çıxış edib.

İLKİN SULTANLI