• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSV 6 ildən sonra birnəfəsə çempion oldu - TƏHLİL

Dünya futbolu

24-07-2024, 23:0

Niderland çempionatının 2023/24 mövsümü ilk növbədə çempionluq yarışında ciddi rəqabətin olmaması ilə yadda qaldı.

“Feyenoord” titulu qoruya bilmədi və rotterdamlılar gümüş medallar və ölkə kuboku ilə kifayətləndilər. Onları 7 xal qabaqlayan PSV isə 25-ci dəfə çempion oldu.

Qarşısıalınmaz eyndhovenlilər
2017/18 mövsümündə çempion olan PSV ardıcıl üç dəfə “Ayaks”ın kölgəsində qalandan sonra ötən mövsüm də zirvəni ələ keçirə bilməmişdi. Eyndhovenlilər sanki 2-ci yerə “abunə olmuşdular”. Nəhayət, onlar Peter Bosun sayəsində tilsimi qırdılar. Komanda 32-ci turda “Sparta”ya 4:2 hesabı ilə qalib gələrək çempionluq yarışındakı cüzi intriqanı da heçə endirdi.

“Qırmızı-ağlar”ın, qızıl medallara uzun sürən həsrətindən sonra, belə desək, birnəfəsə çempionluq qazanması çoxları üçün sürpriz oldu. Amma eyndhovenlilər əsas titula olan iddiasını ilk turlardan ortaya qoymuşdular. “Ayaks”ın mövsümə çox zəif başlamasından sonra məhz onlar əsas favoritə bənzəyirdilər. Ona görə ki, erediviziyada Bosun üstünlük verdiyi oyun üslubuna uzun müddət çarə tapan olmadı. Topa total nəzarət və yüksək səviyyəli pressinq liqanın bütün iştirakçılarını mat-məəttəl qoydu. Bu keyfiyyətlər yeni PSV-nin əsas simasını təşkil edirdi. Komanda xüsusilə 2024-cü ilə qədərki fenomenal çıxışı ilə diqqət mərkəzində oldu. Mövsümün əvvəlində ölkə superkuboku uğrunda matçda son çempion “Feyenoord”a minimal hesabla qalib gələn Bosun komandası, nəhayət ki, Çempionlar Liqasında (ÇL) seçmə mərhələni uğurla başa vurdu. Qış fasiləsi ərəfəsində isə səfərdə “Tvente” (3:0), “Sevilya” (3:2), “Feyenoord” (2:1) və “Alkmaar” (4:0) üzərində vacib qələbələr qazandı. Londonda “Arsenal”dan alınan 4 cavabsız topluq məğlubiyyət PSV-nin Dortmund “Borussiya”sı ilə oyunlara daha yaxşı hazırlaşması üçün əlavə motivasiya oldu. Niderland liqasının şəksiz lideri ÇL-in gələcək finalçısı ilə duellərdə heç də zəif təsir bağışlamadı. Amma evdəki 1:1 hesablı heç-heçədən sonra Dortmundda buraxılan iki cavabsız top PSV-ni diqqəti yalnız daxili yarışlara yönəltməyə vadar etdi. Eyndhovenlilərin bu ilin yanvar-mart aralığında yaşadıqları kiçik eniş yalnız ÇL-dən deyil, həm də “Feyenoord”a məğlubiyyətlə (0:1) Niderland kuboku uğrunda mübarizədən geri çəkilməsinə səbəb oldu. Erediviziyada “Neymegen”ə 1:3 hesablı yeganə məğlubiyyət də məhz bu dövrə təsadüf etdi.
Komandanın aparıcı simalarına gəlincə, “Barselona”dan icarəyə götürülən Serjinyo Dest müdafiənin solunda əla oyun sərgilədi. Malik Tillmanın hücumameyilli oyun planındakı mükəmməl çıxışı isə rəhbərliyi 12 milyon avro ödəməklə onun transferini “Bavariya”dan birdəfəlik almağa vadar etdi. Coui Verman “kəndlilər”in oyununun dirijoru kimi, sağ cinah vingeri Yohan Bakayoko öz mövqeyində ən faydalı oyunçu oldu. Nəhayət, mövsümü 29 qol və 15 məhsuldar ötürmə ilə başa vuran Lyuk de Yonq komandanın lideri funksiyasının öhdəsindən məharətlə gəldi.

Slot “Feyenoord”u kubokla tərk etdi
2022/23 mövsümünün qalibi olan “Feyenoord”un titulu qorumaq şansı aşağı dəyərləndirilirdi. Səbəb komandanın bir çox aparıcı oyunçularını itirməsi ilə bağlı idi. Başqa sözlə, heyəti əhəmiyyətli dərəcədə dəyişən rotterdamlıların əvvəlki mövqeyini bərpa etməsi üçün vaxta ehtiyac olacaqdı. Arne Slotun 2021-ci ildən çalışdırdığı komanda ölkə superkuboku uğrunda oyunda PSV-yə uduzandan sonra erediviziyada mövsümün ilk iki matçında da büdrədi. İlk dövrənin sonunda liderdən 12 xal geri qalan komandanın çempionluq yarışından çox uzaq düşdüyü aydın görünürdü. “Feye”nin sürətlə titula doğru şığıyan PSV-yə çatmaq imkanı praktiki cəhətdən mümkün deyildi.
Diqqəti cəb edən bir faktı vurğulamamaq olmur. Komandanın yekun göstəriciləri hətta çempion olduğu mövsümdəkindən də yaxşıdı: 84 xal toplayan Slotun komandasında topların fərqi 92:26 oldu, bu planlarda bir il əvvəlki göstəricilər isə uyğun olaraq 82 xala və 81:30-a bərabər olmuşdu. Deməli, 44 yaşlı mütəxəsis qısa müddətdə Rotterdamdakı problemləri yoluna qoya bilmişdi. Çox güclü olan PSV heyəti yenilənən “Feyenoord”a “qızıl” uğrunda sonadək mübarizə aparmaq imkanı vermədi. Nəticədə 2-ci yer və ÇL-ə vəsiqə rotterdamlıların qisməti oldu. Titulu itirməsinə baxmayaraq, sərgilədiyi baxımlı oyunu ilə çoxlarının rəğbətini qazanan ölkə nəhəngi yaxın gələcəyi ilə bağlı ümidlər doğurdu. Amma komandaya ölkə kubokunu qazandıran Slotun artıq Rotterdamı tərk etməsi (o, yeni mövsümdən “Liverpul”u çalışdıracaq) ortaya “Feye”nin yaxın gələcəyi ilə bağlı suallar çıxarıb...

“Ayaks” yenə ÇL-dən kənarda qaldı
“Mövsümün uğursuzu” nominasiyasının qalibi məhz “Ayaks” oldu. Ölkənin 36 qat çempionu antirekordlarla yadda qaldı. Bütün turnirlərdə 10 oyunluq qələbəsiz seriya müəyyən edən paytaxt komandası çempionatda ən uğursuz startını müəyyən etdi. Belə başlanğıcdan sonra baş məşqçi vəzifəsinə 2023-cü ilin iyulunda təyinat alan Moris Steynin oktyabrda qovulması təbii qarşılandı. Onun yerinə təyinat alan Con van’t Sxip vəziyyəti tədricən yaxşılaşdıra bildi. Amma yayda Davi Klassen və Məhəmməd Kudus kimi aparıcı oyunçularını itirən “yəhudilər” mövsüm ərzində bütün turnirlərdə 86 top buraxdılar ki, bu da klubun yeni antirekordu oldu! Fakt budu ki, Niderlandın ən titullu komandası erediviziyanı 5-ci yerdə başa vurdu və ardıcıl ikinci dəfə ÇL-ə vəsiqə qazana bilmədi. Bu hüquqa isə bürünc mükafatçı “Tvente” yiyələndi. Yozef Ostinqin çalışdırdığı komandanın qitənin ən nüfuzlu klub turnirində 13 ildən sonra oynayacağını da qeyd edək.

“Qou Ehed İqls” KL-də!
Uyğun olaraq 4-5-ci yerləri tutan “Alkmaar” və “Ayaks” Niderlandı yeni mövsümdə Avropa Liqasında (AL) təmsil edəcəklər. “Qou Ehed İqls” isə Konfrans Liqasında (KL) oynayacaq. Bu komanda mövsümü 9-cu yerdə başa vursa da, KL-ə vəsiqə uğrunda mübarizədə “Neymegen”, “Utrext” və “Sparta”nın da iştirak etdiyi pley-off oyunlarının qalibi oldu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-07-2023, 23:0

“Seltik” 8-ci dəfə daxili “trebl” etdi!

Dünya futbolu

10-07-2023, 23:0

Çempionun vizit vərəqi: “Feyenoord”

Dünya futbolu

15-12-2023, 21:0

“Palmeyras” 12-ci dəfə çempion oldu!

Dünya futbolu

1-03-2024, 15:0

Braziliya 15-ci dəfə çempion oldu

Dünya futbolu

14-03-2022, 12:0

“Barselona” “Real”ı darmadağın edib çempion oldu!

Ölkə futbolu

21-06-2024, 10:0

"Qarabağ"ın çempionluq oyununda 39 qol vuruldu

Aktual
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
“Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
"Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
“Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
“Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
Son xəbərlər
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Dünən, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Dünən, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Dünən, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Dünən, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Dünən, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
  • Dünən, 16:12
    Hamını arxada qoydu
  • Dünən, 15:41
    Elvin Yunuszadə Türkiyə klubunda - RƏSMİ
  • Dünən, 15:05
    "İmişli"dən yeni transfer
  • Dünən, 14:40
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 14:19
    "Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
  • Dünən, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Dünən, 13:27
    Romadan Milana üz tuta bilər
  • Dünən, 12:56
    “Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
  • Dünən, 12:35
    “Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
  • Dünən, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Dünən, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Dünən, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Dünən, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Dünən, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Dünən, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Dünən, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Dünən, 10:00
    Salibanı kim əvəz edəcək?
  • 3-08-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 3-08-2026, 23:0
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 222
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 167
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə