• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Palmeyras” 12-ci dəfə çempion oldu!

Dünya futbolu

15-12-2023, 21:0

Artıq bir neçə gündü San Paulunun küçə və meydanları, belə desək, yaşıl rəngə boyanıb.

"Football-plus.az" xəbər veir ki, səbəb sadədi: Braziliyada “yaşıllar” kimi də adlandırılan “Palmeyras” azarkeşlərinə növbəti böyük sevinci bəxş edib. Aydın olduğu kimi A seriyasında 2023-cü il mövsümünün əsas sualına məhz sonuncu turda cavab tapılıb.

38-ci tur ərəfəsində qızıl medallar uğrunda mübarizənin üç komanda arasında gedəcəyi müəyyənləşmişdi. Sonuncu tura lider kimi başlayan “Palmeyras” titula əsas iddiaçı sayılırdi. Abel Ferreyranın komandası əsas izləyicilərindən 3 xal öndə idi. Deməli, “yaşıllar”ın əlinə əla fürsət düşmüşdü. Onlar “Kruzeyro” ilə səfər oyununda uduzmayacağı halda titulu qoruyacaqdı. Ferreyranın komandası 21-ci dəqiqədə Endrikin dəqiq zərbəsi ilə hesabı açdı. İstedadlı hücumçu A seriyasında mövsüm ərzində 11-ci qolunu vurdu. O, bu liqanın tarixinə 17 yaşlı braziliyalı futbolçular arasında bir mövsümdə ən çox qol vuran ikinci oyunçu kimi düşdü. Bu göstəriciyə əsasən Neymarı qabaqlayan hücumçu yalnız Ronaldodan geri qalır. Ronaldonun 17 yaşında A seriyasında 12 qolun müəllifi olduğunu bildirək. Yeri gəlmişkən, bir neçə ay əvvəl “Real”la ilkin müqavilə imzalayan Endrik İspaniya klubuna 2024-cü ilin yayında yollanacaq. Onun “Kruzeyro”ya vurduğu qol uzun müddət komandasının hesabda öndə olmasını təmin etdi. Son matçda uduzacağı halda belə heç nə itirməyəcək meydan sahibləri sona yaxın hesabı bərabərləşdirdi. Matç 1:1 hesabı ilə nəticələndi və “Palmeyras” ardıcıl 2-ci, ümumilikdə isə 12-ci dəfə çempion oldu! San Paulu klubunun son göstəriciyə əsasən Braziliyanın rekordçusu olduğunu qeyd edək. “Santos”un 8, “Flamenqo” ilə “Korintians”ın hesabında isə 7 çempionluq var.

Finiş ərəfəsində topların daha yaxşı fərqinə əsasən 2-ci yeri “Atletiko Mineyro” ələ keçirmişdi. Çempionluq şansını saxlayan Luis Felipe Skolarinin komandası sonuncu turda “Bayya”nın qonağı oldu. Ev sahibləri A seriyasında qalmaq üçün böyük ölçüdə qələbəyə ehtiyac duyurdular. Onlar ilk dəqiqələrdən sona qədər dayanmadan mübarizə apardılar. Həm də əla oyunla güclü rəqibini 4:1 hesabı ilə məğlub etdilər. “Bayya” gözəl qələbə ilə yüksək liqadakı yerini qorudu. Qonaqların təsəlli qolunu vuran Paulinyo 20 qolla mövsümün ən yaxşı bombardiri oldu. “Atletiko Mineyro” isə mövsümü bürünc mükafatçı kimi başa vurdu.

Sonuncu tur ərəfəsində “Flamenqo”nun azarkeşləri də titula ümid edirdilər. Doğrudu, ümidlər çox da böyük deyildi. Titenin baş məşqçi vəzifəsinə təyinatından sonra oyun planında “artıran” komanda finişdə hesabına xal yaza bilmədi. “San Paulu”ya minimalhesablı məğlubiyyət “qırmızı-qaralar”ın mükafatçılar sırasına düşə bilməməsinə səbəb oldu. “Flamenqo” eyni xala malik olan “Atletiko Mineyro”dan topların fərqinə əsasən geri qaldı.
Gümüş medallar isə “Qremio”nun qisməti oldu. Renato Qauşunun çalışdırdığı komanda mövsümü mükafatçılar sırasında başa vurmaq şansından maksimum yararlandı. Amma portu aleqrililərin işi heç də asan görünmürdü. Onlar “Fluminense” ilə səfərdə qarşılaşdılar. Bütün çətinlklərə baxmayaraq, Libertadores Kubokunun (LK) son qalibi üzərində qazanılan 3:2 hesablı qələbə “Qremio”nun mövsümü vitse-çempion statusu ilə başa vurmasını təmin etdi.

“Botafoqo”nun azarkeşləri 2023-cü ili dərindən ah çəkməklə xatırlayacaqlar. Ona görə ki, bu komanda mövsümün gedişində qızıl medallara əsas namizəd sayılırdı. Lakin mübarizə sona yaxınlaşdıqca rio de janeyrolular, necə deyərlər, xalları sağa-sola xərcləməyə başladılar. Nəticədə A seriyasında qızıl medallar uğrunda intriqa bərpa olundu. “Botafoqo” liderliyi əldən verdi və yavaş-yavaş cədvəldə aşağıya doğru yuvarlanmağa başladı. Bu isə böyük ölçüdə mövsüm ərzində üç (!) dəfə baş məşqçinin dəyişməsinə görə qaçılmaz oldu. Halbuki komanda Luiş Kaştrunun başçılığı altında ilk turlardan lider möqeyində idi. İyulda “Əl-Nəssr”ə yollanan portuqaliyalının yerini tutan həmyerlisi Bruno Lajenin dövründə nəticələr zəifləməyə başladı. Bununla belə, o, istefaya göndərilərkən komanda hələ də zirvədə idi. Lajenin müvəqqəti xələfi seçilən Lusio Flavionun rəhbərliyi altında keçirilən oyunlar “Botafoqo”nun çempionluq ambisiyasına böyük zərbə vurdu və liderlik əldən verildi. Rəhbərliyin son turlar ərəfəsində güvəndiyi Tyaqo Nunes də ümidləri doğrulda bilmədi. O, da qələbəsiz seriyaya son qoya bilmədi. Zarafat deyil, son turda “İnternasyonal”a uduzan (1:3) “ağ-qaralar” mövsümü 10 oyunluq qələbəsiz (5 heç-heçə, 5 məğlubiyyət) seriya ilə başa vurdular. Çempionluq şansını məhz bu seriyada itirən rio de janeyrolular çempionatı 5-ci yerdə bitirdilər. Halbuki ölkə futbol ictimaiyyəti sentyabrda “Botafoqo”nu çempionluğa əsas namizəd kimi göstərirdi...

Sonuncu turda LK-nın bütün iştirakçıları məlum oldu. Qeyd edək ki, Cənubi Amerikanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə məhz ilk 6 yerin sahibi vəsiqə qazanır. Başqa sözlə, bu hüquqa “Palmeyras”, “Qremio”, “Atletiko Mineyro”, “Flamenqo”, “Botafoqo” və “Braqantino”dan başqa LK-nın son çempionu “Fluminense” və Braziliya kubokunun son qalibi “San Paulu” yiyələndi. Yekun cədvəldə 8-14-cü yerləri tutan 6 komanda - “Atletiko Paranaense”, “İnternasyonal”, “Fortaleza”, “Kuyaba”, “Korintians” və “Kruzeyro” isə Braziliyanı Sudamerikana Kubokunun növbəti mövsümündə təmsil etmək hüququ qazandı.

Həlledici turda A seriyasında yerini itirən son komanda da müəyyənləşdi. “Amerika Mineyro”, “Koritiba” və “Qoyas”dan sonra “Santos” da mövsümün uğursuzları sırasına düşdü. Əfsanəvi Pelenin keçmiş komandası 111 illk tarixində ilk dəfə yüksək liqanı tərk etdi...

38-ci tur
Kruzeyro - Palmeyras 1:1
Nikao, 80 - Endrik, 21.
Bayya - Atletiko Mineyro 4:1
Kauli, 11. Lusiano Juba, 45+7. Tasiano, 67. Ademir, 90+2 - Paulinyo, 36.
San Paulu - Flamenqo 1:0
Lusiano, 26.
Fluminense - Qremio 2:3
Aryas, 34-p. Con Kennedi, 81 – Suares, 43; 64-p. Everton Qaldino, 45.
İnternasyonal - Botafoqo RJ 3:1
Valensiya, 19. Alan Patrik, 50. Pedro Enrike, 53 – Janderson, 47.
Vasku da Qama – Braqantino 2:1
Paulinyo, 29. Serjinyo, 82 – Leo Ortis, 63.
Qoyas - Amerika Mineyro 1:0
Luis Oyama, 33.
Santos - Fortaleza 1:2
Messias, 56 – Marinyo, 39. Lusero, 90+6.
Koritiba - Korintians 0:2
Vera, 11. A.Romero, 21.
Kuyaba - Atletiko Paranaense 3:0
Kleyson, 13-p.; 90+6. Derik Laserda, 17.

Yekun cədvəl
1. Palmeyras 38 20 10 8 64-33 70
2. Qremio 38 21 5 12 63-56 68
3. Atletiko Mineyro 38 19 9 10 52-32 66
4. Flamenqo 38 19 9 10 56-42 66
5. Botafoqo RJ 38 18 10 10 58-37 64
6. Braqantino 38 17 11 10 49-35 62
7. Fluminense 38 16 8 14 51-47 56
8. Atletiko Paranaense 38 14 14 10 51-43 56
9. İnternasyonal 38 15 10 13 46-45 55
10. Fortaleza 38 15 9 14 45-44 54
11. San Paulu 38 14 11 13 40-38 53
12. Kuyaba 38 14 9 15 40-39 51
13. Korintians 38 12 14 12 47-48 50
14. Kruzeyro 38 11 14 13 35-32 47
15. Vasku da Qama 38 12 9 17 41-51 45
16. Bayya 38 12 8 18 50-53 44
17. Santos 38 11 10 17 39-64 43
18. Qoyas 38 9 11 18 36-53 38
19. Koritiba 38 8 6 24 41-73 30
20. Amerika Mineyro 38 5 9 24 42-81 24
Bombardirlər: Paulinyo (Atletiko Mineyro) – 20, Tikinyo Soares (Botafoqo RJ), Suares (Qremio) - 17, Halk (Atletiko Mineyro) - 15.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-06-2023, 17:0

Lider məğlub oldu, çempion fərqi azaltdı - TURUN ŞƏRHİ

Dünya futbolu

2-02-2023, 18:0

“Palmeyras”ın ilk uğuru - REPORTAJ

Dünya futbolu

27-10-2023, 21:0

“Braqantino” intriqanı bir qədər gücləndirdi

Dünya futbolu

25-08-2023, 20:0

Lider büdrədi, son çempion qalib gəldi - TURUN ŞƏRHİ

Dünya futbolu

13-10-2023, 20:0

“Fluminense”nin 13 oyunluq seriyası qırıldı – TURUN ŞƏRHİ

Dünya futbolu

31-08-2023, 21:0

Liderin evdəki seriyası 11-ə çatdı - TURUN ŞƏRHİ

Aktual
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
Son xəbərlər
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:28
    "Karvan-Yevlax"dan qələbə, "Qarabağ" azlıqda qalan "Sabah"a uduzdu - YENİLƏNİB
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
  • Dünən, 19:55
    "Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
  • Dünən, 19:24
    Milli Andorraya yenə qalib gəldi
  • Dünən, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
  • Dünən, 18:56
    "Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirdi" - Fizuli Məmmədov
  • Dünən, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    "Futbolçular daha məsuliyyətli olmalıdı" - Ayxan Abbssov
  • Dünən, 17:24
    ''Fənər'' fanatlarını yenə infarkt dərəcəsinə çatdırdı - Bu mövsüm 3-cü dəfə...
  • Dünən, 17:08
    Zelim Tçkayev bürünc medal qazandı - AÇ
  • Dünən, 16:56
    “Qarabağ” son səkkiz oyunda “Sabah”a qalib gələ bilməyib - növbəti tamaşa olacaqmı?
  • Dünən, 16:25
    Emin Əmrullayevdən "Neftçi"yə dəstək
  • Dünən, 15:53
    “Sabah”ın futbolçusuna “sarı” verməyən Tural Qurbanov “Qarabağ”ın oyununda... – niyə, Rəhim Həsənov?
  • Dünən, 15:22
    "Karvan-Yevlax" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 14:51
    İngiltərəli əfsanə Kriştiano Ronaldonun onu sevməməsinin səbəbini açıqladı
  • Dünən, 14:30
    Kapitanla müqavilə yenilənəcək
  • Dünən, 14:09
    “Qarabağ” Elçin Məsiyevi görüb, “Sabah”a uduzub! – amma ağdamlılar üçün bədayaq tək o deyil...
  • Dünən, 13:58
    Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
  • Dünən, 13:27
    Fransa klubunu əlavə xərcə saldı
  • Dünən, 12:56
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 12:25
    Yunanıstanın ən prinsipial oyununu türkiyəli hakim idarə edəcək
  • Dünən, 11:54
    Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
  • Dünən, 11:23
    Flik niyə tələsmir?
  • Dünən, 10:52
    Arbeloanın yerini kim tutacaq?
  • Dünən, 10:31
    Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
  • Dünən, 10:00
    Kocamandan iddialı sözlər: ''Qarşıdakı 20 il ''Fənərbaxça''nın dönəmi olacaq''
Daha çox
Oxunub: 250
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 224
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 219
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 155
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 152
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 143
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə