Bazar günü Dubayda çimərlik futbolu üzrə növbəti dünya çempionatına yekun vurulub.
Qızıl medallar Braziliya yığmasına qismət olub. Cənubi Amerika təmsilçisi finalda İtaliyaya 6:4 hesabıyla qalib gəlib. Bununla da braziliyalılar 15-ci dəfə dünya çempionu titulunu qazanıb. Məlum səbəbdən turnirə buraxılmayan Rusiya yığmasının hesabında üç çempionluq var. Elə Portuqaliya da üç belə turnirin qalibi olub. 3-cü yer uğrunda oyunda isə İran Belarusa 6:1 hesabıyla qalib gəlib.