• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çempionun vizit vərəqi: “Feyenoord”

Dünya futbolu

10-07-2023, 23:0

Tam adı: Feyenoord Rotterdam
Yaranma tarixi: 1908
Rəngləri: qırmızı-ağ-yaşıl
Stadionu: “De Kuyp” (51137 yerlik)
İnternet ünvanı: www.feyenoord.nl
Prezidenti: Toon van Bodeqom
Baş məşqçisi: Arne Slot
Titulları: 16 dəfə Niderland çempionu (1924, 1928, 1936, 1938, 1940, 1961, 1962, 1965, 1969, 1971, 1974, 1984, 1993, 1999, 2017, 2023), 13 dəfə ölkə kubokunun (1930, 1935, 1965, 1969, 1980, 1984, 1991, 1992, 1994, 1995, 2008, 2016, 2018), 4 dəfə ölkə superkubokunun (1991, 1999, 2017, 2018), 1 dəfə Çempionlar kubokunun (1970), 2 dəfə UEFA kubokunun (1974, 2002), 1 dəfə Qitələrarası kubokun (1970) sahibi.

1 2 3 4 5 6 7 8 9
qapıçılar
1. Castin Beylo Niderland 22.11.1998 188 76 25 - 1 -
22. Timon Vellenroyter Almaniya 03.12.1995 188 80 9 - - -
müdafiəçilər
2. Markus Pedersen Norveç 16.07.2000 178 76 29 1 2 -
4. Lyutsarel Geertröyda Niderland 18.07.2000 184 69 30 3 2 -
5. Kvilindsi Hartman Niderland 14.11.2001 183 73 23 2 5 -
6. Yakub Rasmussen Danimarka 28.05.1997 193 81 10 1 - -
15. Markos Lopes Peru 02.11.1999 176 68 19 - - -
18. Qernot Trauner Avstriya 25.03.1992 183 82 19 - 4 -
24. Mimeyrhel Benita Niderland 17.11.2003 173 72 2 - - -
28. Nerayşo Kasanviryo Niderland 18.02.2002 185 68 5 - - -
33. David Hantsko Slovakiya 13.12.1997 188 82 31 2 2 -
yarımmüdafiəçilər
8. Kvinten Timber Niderland 17.06.2001 179 71 24 2 2 -
10. Orkun Kökçü Türkiyə 29.12.2000 175 70 32 8 5 -
11. Cavayro Dilrosun Niderland 22.06.1998 175 74 31 5 1 -
14. İqor Payşao Braziliya 28.06.2000 168 65 28 7 2 -
17. Sebastyan Şimanski Polşa 10.05.1999 174 60 28 9 3 -
20. Mats Viffer Niderland 16.11.1999 188 78 25 1 4 -
23. Patrik Volemark İsveç 14.10.2001 184 75 15 2 1 -
25. Məhəmməd Taabuni Niderland 29.03.2002 178 68 5 - - -
30. Esekyel Bulyaude Argentina 26.10.2000 184 71 10 - - -
48. Antoni-Cibu Milambo Niderland 03.04.2005 179 72 3 - - -
hücumçular
7. Əlireza Cahanbaxş İran 11.08.1993 181 77 28 5 2 -
9. Danilo Braziliya 07.04.1999 174 68 34 10 - -
26. Usama İdrissi Mərakeş 26.02.1996 183 78 27 4 4 -
29. Santyaqo Ximenes Meksika 18.04.2001 182 69 32 15 3 -
komandadan ayrılanlar
5. Fredrik-Andre Byorkan Norveç 22.06.1994 180 74 1 - - -
8. Fredrik Eursnes Norveç 10.12.1995 179 71 2 - - -
19. Koul Basset ABŞ 28.07.2001 180 68 1 - - -
28. Yens Tornstra Niderland 04.04.1989 178 74 3 - - -
53. Noy Nauyoks Niderland 02.05.2002 183 75 2 - - -
Qeyd: 1 – futbolçu, 2 – vətəndaşlığı, 3 – doğum tarixi, 4 – boyu (sm), 5 – çəkisi (kq), 6 – oyun, 7 – qol, 8 – sarı vərəqə, 9 – qırmızı vərəqə. Yalnız meydana çıxan oyunçuların göstəriciləri verilib. Komandanın vurduğu 4 qol avtoqol kimi qeydə alınıb.
***
Niderland kuboku
final
Ayaks - PSV 1:1, p. – 2:3
Brentueyt, 43-öz qapısına - Azar, 67.
***
Mövsümün rəmzi yığması
(“Futbol+”in versiyasına görə)
4-3-3
Qapıçı – Nik Oley (Sparta); müdafiəçilər – Coşua Brenet, Qeys Smal (hər ikisi “Tvente”), David Hantsko, Lyutsarel Geertröyda (hər ikisi “Feyenoord”); yarımmüdafiəçilər – Ticani Reynders (Alkmaar), Orkun Kökçü, Maks Viffer (hər ikisi “Feyenoord”); hücumçular – Duşan Tadiç (Ayaks), Xavi Simons (PSV), Vatslav Çernı (Tvente).
***
bombardirlər
Anastasios Duvikas Utrext 19 (3)
Xavi Simons PSV 19 (2)
Sidney van Hooydonk Herenven 16 (1)
Santyaqo Ximenes Feyenoord 15 (-)
Lyuk de Yonq PSV 14 (1)
Brayan Brobbi Ayaks 13 (-)
Vatslav Çernı Tvente 13 (-)
Qeyd: mötərizədə penaltidən vurulan qolların sayı göstərilib.

assistentlər
Duşan Tadiç Ayaks 18
Kodi Qakpo PSV 12
Çernı Çernı Tvente 11
Vito van Krooy Sparta 11

kim hara?
Feyenoord - ÇL-in qrup mərhələsinə
PSV - ÇL-in 2-ci təsnifat mərhələsinə
Ayaks - AL-in pley-off mərhələsinə
Alkmaar - KL-in 3-cü təsnifat mərhələsinə
Tvente - KL-in 2-ci təsnifat mərhələsinə
Emmen, Kambyur, Qroningen - 2-ci diviziona
Herakles, Zvolle, Almere Siti - erediviziyaya

“Futbol+”in versiyasına görə
Mövsümün...
...qapıçısı: Nik Oley (Sparta)
...müdafiəçisi: David Hantsko (Feyenoord)
...yarımmüdafiəçisi: Orkun Kökçü (Feyenoord)
...hücumçusu: Xavi Simons (PSV)
...oyunçusu: Xavi Simons (PSV)
...məşqçisi: Arne Slot (Feyenoord)
...oyunu: Ayaks - Feyenoord 2:3

RƏQƏMLƏR VƏ FAKTLAR
* 312 oyun keçirilib.
* Ev sahibləri 139 (44,6%), qonaqlar 99 (31,7%) oyunda qalib gəlib, 74 (23,7%) matç heç-heçə nəticələnib.
* 949 qol vurulub. Bu, hər oyuna orta hesabla 3 qol deməkdi.
* Ev sahibləri 537 (56,6%), qonaqlar isə 412 (43,4%) qol vurub.
* Ən çox qeydə alınan hesab: 1:1 - 29 dəfə.
* Ən böyükhesablı qələbələr: Ayaks – Ekselsior 7:1, PSV - Volendam 7:1, PSV – Qroningen 6:0, Vitess - Qroningen 6:0.
* Ən məhsuldar oyun: Alkmaar - Utrext 5:5 (10 qol).

1. Feyenoord
2. PSV
3. Ayaks
4. Alkmaar
5. Tvente
6. Sparta
7. Utrext
8. Herenven
9. Valveyk
10. Vitess
11. Qou Ehed İqls
12. Neymegen
13. Fortuna
14. Volendam
15. Ekselsior
16. Emmen
17. Kambyur
18. Qroningen

“Feyenoord”un 6 illik həsrəti sona çatdı

Niderland çempionatının 2022/23 mövsümü ilk növbədə “Ayaks”ın zəfər yürüşünün başa çatması ilə yadda qaldı. Paytaxt klubunun erediviziyada ardıcıl 3 çempionluqla bağlı seriyası qırıldı. Nəticədə “Feyenoord”un 6 illik titul həsrəti bitdi. Rotterdamlılar PSV-ni 7 xal qabaqlamaqla 16-cı dəfə çempion oldular.

Slotun “qu quşu nəğməsi”
Koronavirus pandemiyasına görə 2019/20 mövsümünün sona çatdırılmaması Arne Slotun çalışdırdığı “Alkmaar”ın işinə yaramamışdı. Mövsümün həlledici mərhələsi ərəfəsində “Ayaks” ilə başabaş mübarizə aparan “qırmızılar” çempionluq şansından yararlana bilməmişdilər. Çox keçmədən “Alkmaar”ı qalmaqallı şəkildə tərk edən Slot 2021-ci ildə “Feyenoord”un başına keçmişdi. 44 yaşlı mütəxəsis qısa müddətdə Rotterdamdakı problemləri yoluna qoya bildi. Komandanın dirçəlişi 2021/22 mövsümünün vurğulanası məqamlarından idi. Rotterdamlıları yeni mərhələyə çıxaran Slot meydanın hər hissəsində güclü pressinq etməyi bacaran döyüşkən kollektiv qurmağı bacardı. Amma əsas heyətin əksər üzvlərinin gənc olması “Feyenoord”a “qızıl” uğrunda sonadək mübarizə aparmaq imkanı vermədi. Nəticədə 3-cü yer və Avropa Liqasına vəsiqə rotterdamlıların qisməti oldu. Buna baxmayaraq, sərgilədiyi baxımlı oyunla çoxlarının rəğbətini qazanan ölkə nəhəngi Konfrans Liqasında (KL) finala qədər irəliləməklə yaxın gələcəyi ilə bağlı ümidlər doğurmuşdu.
Doğrudu, komandanın aparıcı simalarından Markos Senesi, Tayrell Malasia və Luis Sinisterra ötən yay İngiltərəyə yollandılar, Frederik Eursnes isə “Benfika”ya satıldı. Bu oyunçuların satışından 70 milyon avro qazanan klub heyətin gücləndirilməsi üçün iki dəfə az xərcə düşməklə səliqəli və effektli transfer əməliyyatları apardı. David Hantsko müdafiənin mərkəzində Senesini layiqincə əvəzlədi, Mats Viffer meydanın mərkəzində Orkun Kökçüyə yaxından kömək etdi, İqor Payşao hücumun sağ cinahında Əlireza Cahanbaxş ilə ciddi rəqabət mühiti yaratdı, Santyaqo Ximenes isə uyğunlaşmada çətinlik çəksə də, sonda rotterdamlıların ən yaxşı bombardiri oldu. Sebastyan Şimanski də daxil olmaqla yeni gələnlər yenidən qurulan komandaya orqanik şəkildə uyğunlaşa bildilər.
Qış fasiləsi ərəfəsində liderliyi ələ keçirən “Feyenoord” sonadək zirvədə qalmağı bacardı. Komandanın uzun fasilədən sonra azarkeşlərini titulla sevindirməsi həm əvvəlki mövsümdən başlayan inkişafın davamının, həm də Amsterdam və Eyndhovendən olan əsas rəqiblərin problemlərlə üzləşməsinin nəticəsi oldu. Əlbəttə, Slotun baş məşqçi kimi uğurlu fəaliyyətini daha çox qabartmaq lazımdı.

“Ayaks” ÇL-ə vəsiqə qazana bilmədi
“Ayaks”ı ardıcıl 3 dəfə çempionluğa daşıyan Erik ten Haqın “Mançester Yunayted”in başına keçməsindən sonra paytaxt komandasının müxtəlif çətinliklərlə baş-başa qalacağı gözlənilirdi. Amsterdamlılara 2018-ci ilin yanvarında təyinat alan 53 yaşlı mütəxəssisin əsasını qoyduğu işləri davam etdirmək mümkün olmadı. Bu isə səbəbsiz deyildi. Çünki “yəhudilər”in sıralarını bir neçə vacib futbolçu da tərk etdi. Andre Onana, Lisandro Martines, Rayan Qravenberx, Antoni və Sebastyen Alle həqiqətən də paytaxt təmsilçisi üçün ciddi itki sayılırdı.
Yeni gələn əksər oyunçular isə onlara bəslənilən ümidləri doğrulda bilmədilər. Bu planda yalnız argentinalı qapçı Xeronimo Rulyi ilə 13 qolla komandanın ən yaxşı bombardiri olan yerli hücumçu Brayan Brobbini istisna etmək olar. Stiven Berqveyn mövsümə çox yaxşı başlasa da, göstəriciləri tədricən zəiflədi və bir də finiş ərəfəsində az-çox özünü yaxşı tərəfdən göstərə bildi. Kelvin Bassi üçün müdafiə xəttində ideal mövqe tapılmadı. Con Heytinqa mövsümün gedişində baş məşçqi vəzifəsindən istefaya göndərilən Alfred Sxroyderi əvəzləyəndən sonra nigeriyalı əsas heyətdəki yerini itirdi. Ouen Veyndal da ümidləri puç etdi. Türkiyəli müdafiəçi Ahmetcan Kaplan isə çoxsaylı zədələrə görə çempionatın bir oyununda belə meydana çıxmadı. Orta xəttin yeni ümidlərindən sayılan Kennet Teylor imkanlarından aşağı səviyyədə çıxış etdi. Bütün güc yenə də Yurren Timber, Edson Alvares və Duşan Tadiçin üzərinə düşdü. Əlbəttə, Məhəmməd Kudusun inamlı oyunu da vurğulanmalıdı. Çempionatda 11 qol vuran gənc qanalı yarımmüdafiəçi “Ayaks” üçün gələcəyə hesablanan sərmayə sayılmalıdı.
Amma fakt budu ki, son illərin çempionu erediviziyanı 3-cü yerdə başa vurdu və Çempionlar Liqasına (ÇL) vəsiqə qazana bilmədi. Nəticədə Edvin van der Sar idman direktoru vəzifəsini tərk etməli oldu.

PSV 2-ci yerə “abunə olub”
2017/18 mövsümündə çempion olan PSV ardıcıl 3-cü dəfə “Ayaks”ın kölgəsində qalandan sonra bu dəfə də zirvəni ələ keçirə bilmədi. Amma son mövsümü də 2-ci yerdə başa vuran Ruud van Nistelroyun komandasının uğursuz olduğunu adlandırmaq olmaz. Eyndhovenlilər əvvəlcə ölkə superkubokunu qazandılar, sona yaxın isə Niderland kubokunu da muzeyinə apardılar. Hər iki halda “Ayaks”dan üstün olan PSV üçün ÇL-ə vəsiqə də kiçik təsəlli oldu.
Əlbəttə, yanvarda Kodi Qakponun “Liverpul”a satılması eyndhovenlilərin çempionluq ambisiyalarına əhəmiyyətli zərbə kimi dəyərləndirilməlidi. Mövsümün ilk yarısında 14 oyuna 9 qol vuran 24 yaşlı niderlandlı forvardın yoxluğunda Xavi Simonsun parlaması lap yerinə düşdü. 20 yaşlı yarımmüdafiəçi 19 qolla çempionatın ən yaxşı bombardirlərindən biri oldu. Onun məhsuldar çıxışında sabiq hücumçu kimi də rolu olan Van Nistelroyun mövsüm sona çatmadan komandanı tərk etdiyini də bildirək.

KL iştirakçıları və uğursuzlar
Uyğun olaraq 4-5-ci yerləri tutan “Alkmaar” və “Tvente” Niderlandı yeni mövsümdə KL-də təmsil edəcək. Erediviziyada mövsümün uğursuzları isə “Emmen”, “Kambyur” və “Qroningen” oldu. Bu komandaları növbəti mövsümdə “Herakles”, “Zvolle” və “Almere Siti” əvəzləyəcək.

Paylaş:
Digər xəbərlər

DÇ

20-12-2022, 21:0

Fransa 3-cü ola bilmədi

Premyer-liqa

10-04-2023, 10:0

“Neftçi” rekordu yenilədi: 21-ci mükafat

DÇ

20-12-2022, 20:0

Fransa İtaliya ilə Braziliyanın rekordunu təkrarlaya bilmədi

Çempionlar Liqası

10-06-2023, 22:0

Çempionlar Liqası ilə bağlı ən önəmli məqamlar... - 67 final, 22 qalib, “Real”ın şəksiz hegemonluğu!

Aktual
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
Son xəbərlər
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:28
    "Karvan-Yevlax"dan qələbə, "Qarabağ" azlıqda qalan "Sabah"a uduzdu - YENİLƏNİB
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
  • Dünən, 19:55
    "Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
  • Dünən, 19:24
    Milli Andorraya yenə qalib gəldi
  • Dünən, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
  • Dünən, 18:56
    "Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirdi" - Fizuli Məmmədov
  • Dünən, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    "Futbolçular daha məsuliyyətli olmalıdı" - Ayxan Abbssov
  • Dünən, 17:24
    ''Fənər'' fanatlarını yenə infarkt dərəcəsinə çatdırdı - Bu mövsüm 3-cü dəfə...
  • Dünən, 17:08
    Zelim Tçkayev bürünc medal qazandı - AÇ
  • Dünən, 16:56
    “Qarabağ” son səkkiz oyunda “Sabah”a qalib gələ bilməyib - növbəti tamaşa olacaqmı?
  • Dünən, 16:25
    Emin Əmrullayevdən "Neftçi"yə dəstək
  • Dünən, 15:53
    “Sabah”ın futbolçusuna “sarı” verməyən Tural Qurbanov “Qarabağ”ın oyununda... – niyə, Rəhim Həsənov?
  • Dünən, 15:22
    "Karvan-Yevlax" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 14:51
    İngiltərəli əfsanə Kriştiano Ronaldonun onu sevməməsinin səbəbini açıqladı
  • Dünən, 14:30
    Kapitanla müqavilə yenilənəcək
  • Dünən, 14:09
    “Qarabağ” Elçin Məsiyevi görüb, “Sabah”a uduzub! – amma ağdamlılar üçün bədayaq tək o deyil...
  • Dünən, 13:58
    Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
  • Dünən, 13:27
    Fransa klubunu əlavə xərcə saldı
  • Dünən, 12:56
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 12:25
    Yunanıstanın ən prinsipial oyununu türkiyəli hakim idarə edəcək
  • Dünən, 11:54
    Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
  • Dünən, 11:23
    Flik niyə tələsmir?
  • Dünən, 10:52
    Arbeloanın yerini kim tutacaq?
  • Dünən, 10:31
    Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
  • Dünən, 10:00
    Kocamandan iddialı sözlər: ''Qarşıdakı 20 il ''Fənərbaxça''nın dönəmi olacaq''
Daha çox
Oxunub: 246
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 220
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 213
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 153
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 150
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 143
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə