“Qarabağ” sabah Pireney yarımadasına yola düşəcək

21.07.2024 22:09 342
Ölkə futbolu / Çempionlar Liqası
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq "Qarabağ" Cəbəllütariqə sabah yollanacaq.

“Football-plus.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Qarabağ” səfərə çarter reysi ilə yola düşəcək. “Elliott Hotel”də məskunlaşacaq Ağdam təmsilçisi yerli vaxtla 19:30-da oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, iyulun 23-də keçiriləcək “Linkoln” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.