"Qarabağ" Cəbəllütariqə yola düşdü

9.07.2023 21:08 249
Ölkə futbolu
"Qarabağ" İspaniyanın Marbelya bölgəsindəki hazırlığını başa vurub.

"Football-plus.az" xəbər verir ki, komanda bu gün də Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı "Linkoln"la ilk oyun üçün Cəbəllütariqə yola düşüb.

Ağdam təmsilçisi Marbelyadan Cəbəllütariqə avtobusla gedib. Marbelyadan Cəbəllütariqə məsafə avtobusla 40-60 dəqiqə arasıdır.

Qeyd edək ki, iyulun 11-i keçiriləcək "Linkoln" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 19.30-da başlayacaq. Bu komandalar arasında cavab oyunu iyulun 19-u olacaq.