"Qarabağ" Sürixdə bu məkanı seçdi

24.07.2022 23:29 2 335
Manşet / Avropa Liqası
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündə "Sürix" ilə qarşılaşacaq "Qarabağ" sabah - iyulun 25-i İsveçrəyə yollanacaq.

Football-plus.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb

Komandanı Sürix şəhərinə aparacaq təyyarə saat 17.30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Ağdam klubu adıçəkilən şəhərdə "Hilton" oteldə məskunlaşacaq. Bu məlumatı saytımıza açıqlamasında klubun mətbuat katibi Gündüz Abbaszadə deyib.

İyulun 26-da saat 18.40-da (Bakı vaxtı ilə 20 40) baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 19.00-da isə (Bakı vaxtı ilə 21.00) matçın keçiriləcəyi "Letsiqrund" stadionunda “Qarabağ”ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, "Sürix" - "Qarabağ" oyunu iyulun 27-də Bakı vaxtı ilə 21:00-da baş tutacaq. İlk matçda Ağdam təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.