"Qarabağ" BOS-da məşqə çıxdı

17.07.2023 13:45 229
Ölkə futbolu
"Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Linkoln"la keçiriləcək cavab oyununa hazırlıqlarını davam etdirir.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi görüşün keçiriləcəyi Bakı Olimpiya Stadionunda bu gün növbəti məşqinə çıxıb.

Xatırladaq ki, Cəbəllütariqdə keçirilən ilk matçda "Qarabağ" 2:1 hesabı ilə qalib gəlib. Komandalar asında cavab matçı isə iyulun 19-da keçiriləcək və saat 20.00-da başlayacaq.