Belçikalı futbolçu Fransaya qayıtdı

20.07.2024 20:27 295
Dünya futbolu
Tomas Mönye yenidən Fransada çıxış edəcək.

O, “Lill” ilə müqavilə imzalayıb. Fransa klubunun rəsmi saytının məlumatına görə, belçikalı müdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlanıb.
Qeyd edək ki, Dortmund “Borussiya”sının 32 yaşlı futbolçusu mövsümün ikinci hissəsini “Trabzonspor”da keçirib.

Belçika millisinin üzvü daha əvvəl Fransada PSJ-də (2016-20) çıxış edib.