Almaniya klubunda yeni müqavilə

20.01.2024 17:09 156
Dünya futbolu
Danilo Krevsun “Borussiya” ilə müqaviləsi yenilənib.

Dortmund klubunun rəsmi saytının yaydığı xəbərə görə, ukraynalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin yayına qədər uzadılıb. Hazırda “Borussiya”nın U-19 komandasında çıxış edən Krevsunun növbəti mövsümdən 3-cü dərəcəli bundesliqa komandasında oynamağa başlayacağı da bildirilib.

Danilo bu mövsüm bütün turnirlərdə 18 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.