“Borussiya”da yeni müqavilə

1.05.2023 17:11 286
Dünya futbolu
Marko Roysun “Borussiya”dakı aqibəti müəyyənləşib. Dortmund klubu təcrübəli futbolçusu ilə müqaviləni yeniləyib.

"Football-plus.az" saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Marko “Borussiya”da 2012/13 mövsümündən çıxış edir. O, bu mövsüm Almaniya çempionatında keçirdiyi 20 oyunda 6 qol vurub.