Brayantın atası da öldü

21.07.2024 00:29 332
İdman
Əfsanəvi basketbolçu Kobi Brayantın atası Co 69 yaşında dünyasını dəyişib. O, insultdan vəfat edib.

"Football-plus.az" xəbər verir ki, ata Brayant basketbolçu kimi “Filadelfiya”, “San-Dieqo Klippers” və “Hyuston” klublarında çıxış edib. MBA-da keçirdiyi 606 oyunda orta hesabla 8,7 xal toplayıb, 4 ribaund edib və 1,7 məhsuldar ötürmə verib.

Co 2005-07-ci illər aralığında qadın MBA-sının klublarından “Los-Anceles Sparks”ı çalışdırıb, Qərb konfransının finalına qədər irəliləyib.

Kobe Brayant və qızı Cianna isə 2020-ci il yanvarın 26-da Kaliforniyada baş verən helikopter qəzasında həyatını itirib.