“Football-plus.az” İsrailin ONE nəşrinə istinadla xəbər verir ki, Hayfa təmsilçisinin baş məşqçisi Barak Bahar nigarandı. Səbəb isə yetərincə ciddidi.
“Makkabi” ölkə çempionatının və avrokubokların yeni mövsümünə hazırlaşsa da, düşərgəyə qoşulmayan futbolçular var. Bunlardan biri də aparıcı oyunçu Abdulaye Seçkindi. Müdafiənin mərkəzində xarüqələr yaradan futbolçu komandadan üz döndərib. Belədə çalışdırıcı yeni gələn və hələ kollektivə uyğunlaşmayan Aleksandr Sirotaya güvənməlidi. Sütunlardan sayılan Dolev Haziz də zədəlidi. Problem isə bununla bitmir. Hayfa təmsilçisi güclənmək məqsədilə “Yerusəlim”in gənc hücumçusu Adi Yonaya göz diksə də, belə cavab alıb:
“Burda söhbət oyunçunun bizə lazım olmasından və ya “Makkabi”nin az pul təklif etməsindən getmir. İndiki şəraitdə İsrail klubuna futbolçu sata, bunu bizi sevənlərə edə bilmərik. Qoy azarkeşlərimiz zövq alsınlar”.
Mövzuyla bağlı başqa xəbər “Slask Vroslav” klubunun sol cinah müdafiəçisi Matias Nauelin “Makkabi”nin “instaqram” səhifəsini izləməyə başlamasıdı. Halbuki Polşa təmsilçisi klubun bir neçə həftə əvvəlki təklifinə “futbolçunu satmaq niyyətimiz yoxdu” cavabını vermişdi.
Xatırladaq ki, “Sabah” “Makkabi”ylə iyulun 25-i və avqustun 1-də görüşəcək.
KƏNAN BAHADIR





