• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Şaxtyor” “Qalatasaray”a və Teteyə qalib gəldi

Dünya futbolu

18-07-2024, 21:0

Avstriyada keçirdiyi toplanışla yeni mövsümə hazırlaşan “Qalatasaray”la bağlı xəbərlər var.

Amma bu xəbərlər çətin ki fanatların ürəyincə olsun. Çünki borclarla bağlıdı. İlk xəbər Almaniyadan gəlib. İkinci bundesliqa təmsilçisi “Hannover-96” Derrik Könə görə İstanbul nəhəngindən pulunu tələb edir. Klubun baş müdürü Martin Kind “Bild” nəşrinə açıqlamasında məhkəməyə müraciət etdiklərinə işarə vurub:

“Qalatasaray”dan heç cür pulumuzu ala bilmirik. Hələ də hesabımıza pul oturmayıb. Ona görə də haqqımızı hüquqi yollarla qorumaq məcburiyyətindəyik”.

Söhbətin konkret hansı məbləğdən getdiyi bilinmir. “Cim-Bom” müdafiənin solunda oynayan 25 yaşlı almaniyalı futbolçunu ötən mövsümün qış fasiləsində 3,35 milyon avroya heyətinə qatmışdı. Kön ikinci dövrədə 15 rəsmi oyuna çıxaraq komandaya 1 qol, 2 məhsuldar ötürməlik fayda verib.

Digər xəbər isə Tete ilə bağlıdı. Ötən saylarımızın birində FİFA-nın Tete mövzusunda yekun qərarını iyunun 4-də yox, 11-də verəcəyini vurğulamışdıq. Həmin tarixdə qurumun Problemli Məsələlərin Həlli üzrə Komitəsi qərarını açıqladı.

Xatırladaq ki, “Qalatasaray” bu başıbəlalı transferi ötən mövsümün əvvəllərində reallaşdırmışdı. FİFA ötən yay Rusiya və Ukaynada çıxış edən legionerlərə iyunun 30-na qədər klublarından ayrılmaq hüququ vermişdi. Yəni həmin tarixə qədər istənilən əcnəbi futbolçu müqaviləni birtərəfli qaydada pozmaq hüququna malik idi. Tete də məhz bu hüquqdan yararlanaraq “Şaxtyor”dan ayrılmış və azad agent statusu ilə “Qalatasaray”la “4+1” illik müqavilə imzalamışdı. Amma Donetsk təmsilçisi Tetenin müqaviləni ləğv edərkən artıq FİFA-nın legionerlərə verdiyi vaxtın tamam olduğunu iddia edərək həm futbolçudan, həm də “Qalatasaray”dan şikayət etmişdi. Digər legionerlərə dərs olsun deyə, “Şaxtyor” sona qədər bu məsələnin üzərində durmaq qərarına gəldi. Nəticədə FİFA-nən qərarı ilə “Şaxtyor”a 2 milyon 389 min 776 avro təzminat ödənilməlidi! Bundan başqa, futbolçunun illik qazancının 5 faizi həcmində məbləğ də donetsklilərin hesabına köçürüləcək.

İndi əsas məsələ odu ki, bu pulu kim ödəyəcək? “Qalatasaray” məsələni İdman Arbitraj Məhkəməsinə (CAS) daşımaqda qərarlıdı. Klubdan verilən məlumatda CAS-a şikayət ünvanlanacağı qeyd olunub. Amma o da bildirilib ki, cəza qüvvədə qalsa və pul klub tərəfindən ödənilsə, həmin məbləğ Tetenin qazancından tutulacaq. Klubla futbolçu arasındakı müqavilədə bununla bağlı xüsusi maddə var. Bu arada Türkiyə mətbuatının iddiasına görə, “Qalatasaray” Tete üçün Braziliyadan çox sərfəli təkliflər alsa da, “sambaçı”vətəninə yollanmaq istəmir. Tete Türkiyədə bonuslarla birlikdə illik 3,5 milyon avro qazanır. “Palmeyras” “sarı-qırmızılar”a 8 milyon avro, futbolçunun özünə isə illik 3 milyon avroya yaxın maaş təklif edib. Amma rəhbərliyin bütün israrlarına baxmayaraq, 24 yaşlı futbolçu Braziliyaya qayıtmaq istəmir. O karyerasını Avropada davam etdirmək arzusundadı. Türkiyədəki ilk mövsümündə enişli-yoxuşlu qrafik cızan Tete “Qalatasaray”da 45 rəsmi oyunda 3 qol, 6 məhsuldar ötürməlik performans sərgiləyib.

“Qalatasaray”ın iyulun 11-də yoxlama oyununda LASK-a 2:3 uduzduğunu xəbər vermişdik. Bu oyunda “Cim-Bom”un qollarını 56-cı və 71-ci dəqiqələrdə Metehan Baltacı vurub. Dünən isə son çempion 2-ci bundesliqa təmsilçisi “Düsseldorf”la qarşılaşıb – 2:5.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-09-2023, 15:0

İki klub “Qalatasaray”dan FİFA-ya şikayət etdi

Dünya futbolu

15-08-2023, 18:0

''Şaxtyor'' ''Qalatasaray''dan FİFA-ya şikayət etdi

Dünya futbolu

11-02-2024, 15:0

"Qalatasaray"da 201-ci əcnəbi

Dünya futbolu

1-07-2024, 23:0

“Qalatasaray” Avstriya klubu ilə əməkdaşlıq edəcək - FİFA Tete ilə bağlı qərarı təxirə saldı

Dünya futbolu

24-11-2023, 19:0

Boe yeni müqaviləyə imza atmaq istəmədi

Dünya futbolu

3-01-2024, 10:0

''Konyaspor'' ''Qalatasaray''dan pulunu tələb edir

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • 5-08-2026, 20:0
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • 5-08-2026, 19:0
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • 5-08-2026, 19:0
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 112
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə