Keyn, Krosbi və Makdevid tarixə düşdü

8.11.2026 10:31 36
İdman
Müasir MHL-də oyunu ilə ab-havanı müəyyənləşdirən, hokkeyə marağı artıran bir neçə parlaq sima var. Bunlardan biri “Çikaqo”nun hücumçusu Patrik Keyndi.

"Football-plus.az" xəbər verir ki, 37 yaşlı hokkeyçi “Boston”la oyunda karyerasındakı 900-cü məhsuldar ötürməni reallaşdırdı. Keyn MHL tarixinə bunu bacaran 21-ci hokkeyçi və ilk amerikalı kimi düşdü. Fəaliyyətdə olan hokkeyçilərdən yalnız “Pittsburq”un forvardı Sidni Krosbi (1113) bu göstəricədə ondan öndədi. MHL tarixində məhsuldar ötürmələrin sayına görə lider isə Ueyn Qretskidi (1963).

Yeri gəlmişkən, Krosbi də həftəsonu rekordlar yadda qaldı. “Pittsburq”un hücumçusu komandasının “Monreal”a uduzduğu (4:5) oyunda qol vurdu və iki məhsuldar ötürmə verdi. “Pittsburq”dakı belə ötürmələrinin sayını 1113-ə çatdıran 39 yaşlı kanadalı MHL rekordunu yenilədi. Belə ki, indiyə qədər bir komandanın heyətində ötürmə sayına görə rekord Rey Burka (Boston, 1111) məxsus idi.

MHL-də keçirdiyi 1434-cü oyunda xalını 1771-ə (658+1113) çatdıran Krosbi bu göstəricidə Marsel Dionn (1348 oyunda 1771 xal) ilə bərabərləşdi və bombardirlər siyahısıda 6-cı yeri bölüşür. MHL bombardirlərinin ilk “5-liy”inə Ueyn Qretski (2857), Yaromir Yaqr (1921), Mark Messye (1887), Qordi Hou (1850) və Ron Frensis (1798) daxildi. 2005-ci ildən “Pittsburq”un şərəfini qoruyan Krosbi bu komanda ilə üç dəfə Stenli kubokunu qazanıb.

MHL-də ən parlaq oyunçulardan biri də Konnor Makdeviddi. “Edmonton”un hücumçusu oktyabrın 31-də keçirilən “Aylenders”lə oyunda məhsuldar ötürmə verdi. 29 yaşlı kanadalı bu liqanın tarixində 1992-ci ildən bəri bir təqvim ayı ərzundə ən azı 35 xal toplayan ilk hokkeyçi kimi düşdü. Konnor oktyabrda 8 qol vurub, 29 məhsuldar ötürmə verib. Ona qədər sonuncu dəfə bunu Mario Lemye bacarmışdı: 1992/93 mövsümündə üç dəfə ay ərzində 35 xal həddinə çatmışdı.

30 oktyabr
Karolina – Kolambus 3:2 (1:0, 1:0, 1:2)
Pittsburq – Yuta 3:4 OT (0:2, 1:0, 2:1, 0:1)
Tampa-Bey – Vinnipeq 6:4 (1:1, 4:0, 1:3)
Detroyt – Çikaqo 4:1 (0:1, 1:0, 3:0)
Dallas – Monreal 2:5 (1:3, 1:1, 0:1)
Minnesota – Aylenders 3:4 OT (1:1, 1:1, 1:1, 0:1)
Neşvill – Vaşinqton 3:4 (1:1, 1:2, 1:1)
Sent-Luis – Boston 4:1 (1:1, 2:0, 1:0)
Anahaym – Baffalo 6:7 (3:3, 0:2, 3:2)
Los-Anceles – Ottava 6:5 OT (1:1, 4:0, 0:4, 1:0)
San-Xose – Vankuver 3:2 (0:1, 0:1, 3:0)

31 oktyabr
Veqas – Nyu-Cersi 2:5 (2:2, 0:2, 0:1)
Florida – Vinnipeq 5:2 (1:0, 2:1, 2:1)
Kalqari – Sietl 6:2 (1:1, 3:1, 2:0)
Boston – Çikaqo 5:4 OT (1:1, 1:1, 2:2, 1:0)
Detroyt – Sent-Luis 4:5 (1:1, 2:1, 1:3)
Neşvill – Tampa-Bey 5:4 B (1:1, 2:2, 1:1, 0:0)
Aylenders – Edmonton 0:4 (0:0, 0:3, 0:1)
Los-Anceles – Baffalo 2:3 (0:1, 1:1, 1:1)
San-Xose – Ottava 1:5 (1:1, 0:3, 0:1)

1 noyabr
Vankuver – Toronto 2:4 (1:1, 0:2, 1:1)
Monreal – Pittsburq 5:4 (2:2, 3:1, 0:1)
Dallas – Kolambus 3:1 (2:0, 0:0, 1:1)
Kolorado – Kalqari 5:2 (1:0, 3:1, 1:1)
Karolina – Vinnipeq 7:0 (1:0, 4:0, 2:0)
Vaşinqton – Minnesota 1:5 (0:2, 1:0, 0:3)

2 noyabr
Reyncers – Edmonton 1:4 (0:2, 1:1, 0:1)
Anahaym – Ottava 6:3 (0:3, 3:0, 3:0)
Filadelfiya – Yuta 6:3 (1:1, 2:0, 3:2)