“Toralı Bursaya gətirməyin, elə ordan təyyarə ilə birbașa kəndinə" - həmtənimiz Türkiyəni silkələdi

8.11.2026 11:02 54
Dünya futbolu / Manşet
Türkiyə çempionatının 1-ci liqasının 14-cü turunda “Bursaspor”un "Antalyaspor”la heç-heçə etdiyini xəbər vermişdik.

Oyuna start heyətində başlayan həmyerlimiz Toral Bayramov elə bir qol vurdu ki, hər kəsin ağzı açıq qaldı. Belə möhtəşəm qola görə azarkeşlər onu alqışladı. Təbii ki, rəqibin azarkeşləri. Amma oyundan sonra müdafiəçi ciddi tənqidə məruz qalıb. Komandanın fan səhifələri epizodu belə dəyərləndirib.
“Futbolmedya”: “Qol imkanı görüb, diyana bilmədi. Qapıları qarışdırdı”.
“İki satır bi spor”: “Toral Bayramov”dan mükəmməl aşırtma”
“Buzz spor”: “Toral Bu qolla "Puşkaş"a layiq görüləcək”.
Bundan başqa, türk azarkeşlər də sosial şəbəkələrdə “Bursaspor”un matçsonu paylaşımının şərh bölümündə Toraldan danışıblar:
“Bursaspor.army”: “Toralı Bursaya gətirməyin, elə ordan birbaşa təyyarə ilə kəndinə…”
“Akssancer”: “Toral “Qarabağ”a geri dön, Bursaya gəlmə”
“Mehmetkarlitekin: “Toralla gurhagurla gəlirikk” (KK burada öz qapısına qol mənasını verir)
“Fatihsengezer”: “Mustafa hocanın Toral sevdası davam etdiyi müddətdə bu xal itkiləri davam edəcək”

İSRAYIL XEYRULLAYEV