''Qalatasaray''dakı karyerası o qədər də uğurlu şəkildə irəliləməyən və əsas heyətə düşməkdə çətinlik çəkən Leroy Sane ilə bağlı yeni transfer iddiası ortaya atılıb.
Türkiyənin ''Təqvim'' nəşrinin yazdığına inansaq, MLS-in birdən-birə 3 klubu təcrübəli almaniyalı vingerə ciddi maraq göstərir. Adı açıqlayan həmin klubların rəsmiləri ''Ştutqart''a qarşı son oyunda Saneni təqib ediblər.
Düzdü, ulduz futbolçu öz həmyerlilərinə qarşı matçda cəmi 13 dəqiqə meydanda oldu. MLS klublarının rəsmiləri ''Qalatasaray''la əlaqə saxlayaraq transferin şərtləri ilə maraqlanıblar. Amma rəsmi təklif irəli sürülməyib. Rəsmi təklifin İstanbul nəhənginə qış transfer dönəmində irəli sürüləcəyi gözlənilir.
''Sarı-qırmızılar''la 2028-ə qədər müqaviləsi olan 30 yaşlı futbolçu indiyə qədər Türkiyə karyerasında 57 rəsmi oyuna çıxaraq aktivinə 7 qol, 9 məhsuldar ötürmə yazıb. Sane son 5 rəsmi oyunun hamısına ehtiyatda başlayıb.
Qışda Sanedən başqa İlkay Gündoğan və Kaan Ayhanın da ''Qalatasaray''dan ayrılmaq ehtimalı var.
''Qalatasaray''ın ulduzu qışda ABŞ-yə yollana bilər
Dünya futbolu





