“Kəpəz” ikinci yoxlama oyununda da uduzdu - Şükürov belə dedi

16.07.2024 20:11 390
Ölkə futbolu / Manşet
“Kəpəz” dünən mövsümlərarası dövrdə ikinci yoxlama görüşünə çıxıb.

Buna qədər “Turan Tovuz” önündə darmadağın olan (0:4) gəncəlilər bu dəfə "Şamaxı" ilə qarşılaşıb. Qəbələdə keçirilən matç “şirlər”in qələbəsi ilə yekunlaşıb - 2:1. "Sarı-göylər"in yeganə qolu avtoqoldan olub. Rəqibin heyətində isə Səbayıl Bağırovla Arsen Ağcabəyov fərqlənib.

“Kəpəz”in start heyəti: Paulo Rojerio, Yeqor Xvalko, Joao Mario, Ezekiel Morqan, Ehtiram Şahverdiyev, Turqay Mehbalıyev, Əli Səmədov, Kərim Lkoça, Elmir Tağıyev, Lassana Ndiaye, Nicat Süleymanov.

Ehtiyat oyunçular: Nemət Musayev, Arzu Atakişiyev, Mahir Həsənov, Fərid Kələntərov, Tural Rzayev, Ümid Səmədov, Nihat Fərəcli, Məmməd Hüseynov.

“Kəpəz”in baş məşqçisi Adil Şükürovun oyunsonrası fikirləri:
“Görmək istədiyimiz əsasən koordinasıya və müdafiə davranışı idi. Bilirdik ki, müdafiədə olan boşluqların üzərində daha çox çalışmalıyıq. Boşluqları düzəldib, hücumda oyunumuzu daha da aktivlədirməliydik. Həm müdafiə, həm hücum aspektində keçidlərdə daha çox problemimiz var. Problemlərin üzərində çox işləyərək onları aradan qaldırmağa çalışırıq”.


RÖYANƏ OĞUZ