Robin Le Norman “Real Sosyedad”ı tərk edəcək.
Müdafiəçi “Atletiko”ya transfer olunacaq. İspaniya mətbuatının xəbərinə görə, 27 yaşlı futbolçu ilə bağlı müqavilə artıq razılaşdırılıb. Transfer bu həftə rəsmən açıqlanacaq.
Robin ötən mövsüm “Real Sosyedad”ın heyətində bütün turnirlərdə 43 oyuna çıxıb və 2 qol vurub.