İmanol Alquasil “Real Sosyedad”ı daha uzun müddət çalışdıracaq.
İspaniya klubunun rəhbərliyi baş məşqçi ilə müqavilənin müddətini 2025-ci ilin yayına qədər artırıb. Alquasil komandaya 2018-ci ildə təyinat alıb. “Real Sosyedad” onun rəhbərliyi altında keçirdiyi 199 oyunda 94 qələbə qazanıb. 51 yaşlı mütəxəssis komandanı 2019/20 mövsümündə İspaniya kubokunda qələbəyə daşıyıb.