İspaniya klubunda yeni müqavilə

14.02.2024 11:23 182
Dünya futbolu
Takefusa Kubo klubundan aldığı yeni təklifi qəbul edib.

Yaponiyalı futbolçu “Real Sosyedad” ilə müqaviləsini yeniləyib. O, yeni sözləşməyə əsasən, İspaniya klubunda 2029-cu ilin yayına qədər oynayacaq.

Kubo “Real Sosyedad”da 2022-ci ildən çıxış edir. 22 yaşlı yarımmüdafiəçi indiyədək bu komandada La Liqanın 54 oyununda meydana çıxıb və 15 qol vurub.