Sebastyandan Madridə yollanacaq

12.06.2024 13:07 210
Dünya futbolu
“Atletiko" heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.

Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, Madrid klubu “Real Sosyedad”dan Roben Le Normanı heyətinə qatacaq. Artıq “Atletiko” 27 yaşlı müdafiəçi ilə razılaşıb. Onun transferi yaxında rəsmən elan ediləcək.

Le Norman “Real Sosyedad”da 2020-ci ildən oynayır. O, son mövsümdə La Liqada 29 matçda iştirak edib və 2 qol vurub.