Mahir iki gün sonra yeni müqavilə imzalayacaq - əvvəl "Dinamo"dan ayrılmalıdı

17.07.2024 17:16 783
Ölkə futbolu / Manşet
Millimizin hücumçusu Mahir Emrelinin Zaqreb "Dinamo"sundan ayrıldığı dəqiq olsa da, yeni klubu haqda konkret bilgi yoxdu. Hər halda, Xorvatiya təmsilçisi hələ onunla rəsmən vidalaşmayıb.

Bununla yanaşı, dünəndən bəri həmyerlimizin Almaniyanın 2-ci bundesliqa klubu "Nürnberq"lə anlaşdığı haqda xəbərlər yayılıb. Hətta onun bu gün həmin klubla müqavilə imzalayacağı iddia olunurdu. Lakin bu hələ baş verməyib.

"Football-plus.az"ın "Bild.de" nəşrinə istinadla xəbərinə görə, yayılan iddialar doğrudu. Daha dəqiqi, almaniyalı həmkarlarımız müqavilənin bu gün yox, iki gün sonra - iyulun 19-da imzalanacağını bildirir. Mahir isə həmin günə qədər "Dinamo"dan rəsmən ayrılmalı və "Nürnberq"in düşərgəsinə qoşulmalıdı.

KƏNAN BAHADIR