Mahir Emrelinin məxsus olduğu Zaqreb "Dinamo"su Xorvatiya çempionatının yeni mövsümündə 2-ci oyuna çıxıb. Paytaxt təmsilçisi səfərdə "Slaven Belupo"nu darmadağın edib - 5:1. Baxmayaraq ki, hesabı 2-ci dəqiqədə meydan sahibləri açıb. Zədə üzündən ilk turun oyununu buraxan Mahir bu dəfə də meydana çıxmayıb. "Dinamo" 6 xalla turnir cədvəlinə başçılıq edir.