Kevin De Bruynenin “Napoli”ni uzaqbaşı mövsümün sonunda tərk edəcəyi xəbər verilir.
Bir sıra oyundaşlarıyla münasibətləri korlanan belçikalı yarımmüdafiəçinin karyerasını yenidən İngiltərədə davam etdirməsi real görünmür.
“Football Insider”in məlumatına görə, belçikalı futbolçunun MLS-ə və ya Səudiyyə Ərəbistanı çempionatına yollanmaq ehtimalı daha yüksəkdi. De Bruynenin yüksək məvacibi İngiltərə klublarının onun transferinə marağını azaldan əsas amillərdəndi. Kevin bir müddət əvvəl maliyyə baxımdan cəlbedici təklif alacağı halda Səudiyyə Ərəbistanına köçməyə hazır olduğunu bildirmişdi.
34 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 15 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib. De Bruynenin “Napoli” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.
Ona Avropada oynaması üçün nə mane olur?
Dünya futbolu





