“Dinamo” Mahirə görə seçim qarşısında – Xorvatiya mətbuatı qərarı açıqladı

12.07.2024 22:59 1 583
Ölkə futbolu / Manşet
Millimizin və “Dinamo”nun üzvü Mahir Emrelinin karyerasının gələcəyi sual altındadı.

Bəzi mənbələr onun Xorvatiya klubundan ayrılacağını tirajlayırsa, yola davam edəcəyini iddia edənlər də var.

Bu ərəfədə Zaqreb təmsilçisiylə sıx əlaqələrə malik “zagreb.info” nəşri tezliklə “Dinamo”dan ayrılacaq futbolçuların siyahısını açıqlayıb.

“Football-plus.az”ın məlumatına görə, həmin siyahıda Mahirin də adı var.

Qeyd edək ki, klubu düşündürən Emrelinin icarəyə verilməsinin, yoxsa satılmasının daha məqsədəuyğun olmasıdı. Çünki zaqreblilərlə oyunçu arasındakı müqavilənin müddəti 2026-cı ilin yayına qədərdi.

KƏNAN BAHADIR