Bu məqamla bağlı millinin sabiq kapitanlarından Aslan Kərimovun fikrini öyrəndik. Onun “Football-plus.az”a söylədikləri:
“Düzdü, mənim milli komanda ilə vida oyunum olmadı. Bu mənim üçün o qədər də önəmli məsələ deyildi. Eminin adına heyifsilənirəm. Çünki Andorra ilə matçda daha bir neçə dəqiqə meydanda qalsaydı, penaltini yerinə yetirə bilərdi. Belədə daha yaxşı, yaddaqalan vida olardı. Bununla belə, qərar Eminə məxsusdu. Bu barədə danışmaq çətindi. İlin son oyunu idi. Çox güman, qərar məhz bu amillə bağlıdı. Futbolçu qərarını veribsə, fərqli nəsə düşünmək düzgün olmaz. Çünki yığmada növbəti matçlar üçün təqvimi müəyyənləşdirmək çətin məsələdi. Hər halda, vida oyunu ölkəmizdə, azarkeşlərin önündə baş tutsaydı, daha yaxşı olardı.
Eminin qərarına hörmətlə yanaşmalıyıq. O, özünü yığma komandaya həsr etmiş futbolçulardan biridi. Kapitan sarğısını layiqincə daşıyıb. Onun izi millidə qalacaq. Yığma komandalarımızın tarixində ən yaxşı qollardan birini məhz Emin vurub. Əlbəttə, İsveç millisi ilə oyunda fərqlənməsini nəzərdə tuturam. Böyük ehtimalla, klub karyerasını da bitirəcək. Gələcək planlarından xəbərim yoxdu. Lakin futbolda qalmasını istəyərəm. Yolumuz kəsişsə, ona dəstək göstərməyə hazıram. Bu gün Eminə yalnız milli komanda, federasiya adından təşəkkür düşür. Onun dəyərini bilmək lazımdı”.

Xatırladaq ki, Emin yığmada 2016-cı ildə debüt edib, 66 matçda 16 qolla yadda qalıb. Futbolçu bu nəticə ilə yığmanın bombardiridi.
KƏNAN BAHADIR