Nikolas Pasın “Komo”da sonuncu mövsümünü keçirdiyi böyük ölçüdə məlumdu.
Onun gələn il Avropanın nəhəng klublarından birində peyda olmaq ehtimalı çoxdu. Amma argentinalı yarımmüdafiəçinin növbəti klubu ilə bağlı şərtləri var.
“The Touchline” nəşrinin məlumatına görə, 22 yaşlı Nikolasın əsas şərti yeni komandasının Çempionlar Liqasında iştirak etməsidi. O, həmçinin əsas heyətdə oynayacağına əmin olmaq istəyir. Pas bu şərtlərdən ən azı birini yerinə yetirə bilməyəcək kluba keçməyə razılaşmayacaq.
Onun “Real”, “Mançester Yunayted” və Avropanın digər klublarının maraq dairəsinə düşdüyü məlumdu.
Yeri gəlmişkən, gənc futbolçu bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.
Növbəti klubu ilə bağlı şərtləri var
Dünya futbolu





