“AFFA-nın "Hypers" üçün xüsusi bir mükafatı yoxdu”

12.06.2024 15:15 326
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, Region Liqasının finalçısı “Hypers” “Şəfa”nı pley-offun hər iki matçında məğlub etməklə 2-ci liqaya vəsiqə qazandı.

Daha sonra isə AFFA-nın "Haypers"ə pul mükafatı verəcəyi haqda xəbərlər yayılıb. Bəs görəsən, bu nə dərəcədə doğrudu? Söhbət hansı məbləğdən gedir. Bu sualla bağlı klubun idman direktoru Fuad Cəfərovla əlaqə saxladıq:

"Yanlış məlumatdı. AFFA-nın "Hypers" üçün xüsusi bir mükafatı yoxdu. Sadəcə, istər 1-ci liqa, istərsə də 2-ci liqa təmsilçilərinə AFFA tərəfindən müəyyən vəsait ayrılır. Biz də onlardan biriyik. Büdcənin nə qədər olacağını gözləyirik və ona uyğun plan hazırlayacağıq".

Daha sonra PFL-in media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik:

"Hazırkı duruma görə bizim nəzarətimizdə olan premyer-liqaya 3 milyon, 1-ci liqaya 300 min, 2-ci liqaya isə 50 min manat pul ayrılır".

GÜNAY SÜLEYMANOVA