“Hypers” 2-ci liqada!

5.06.2024 19:26 195
II liqa
Futbol üzrə ölkə çempionatının 2-ci liqasına vəsiqə uğrunda pley-off mərhələsinin cavab oyunu keçirilib.

“Football-plus.az” xəbər verir ki, "Hypers" "Şəfa" ilə qarşılaşıb. "ASCO Arena"da keçirilən oyunda "Hypers" 2:1 hesablı qələbə qazanıb.

Bu komandalar arasında ilk görüşdə də "Hypers" 2:0 hesabı ilə qalib gəlmişdi. Bununla da "Hypers" rəqibini ümumilikdə 4:1 hesabı ilə məğlub edərək növbəti mövsüm 2-ci liqada mübarizə aparmaq hüququ qazanıb.