Fransa hava limanlarında çalışanları özündə birləşdirən dörd böyük həmkarlar ittifaqı Parisdəki Olimpiya Oyunları ərəfəsində tətil etmək niyyətini açıqlayıb.
Tətil iyulun 17-nə planlaşdırılıb. Hava limanlarında çalışanlar “olimpiya mükafatı”nın ödənilməsini tələb və rəhbərliyin yalnız seçilən əməkdaşlara mükafat vermək qərarına etiraz edirlər. O da bildirilir ki, Olimpiya Oyunları keçirilən günlərdə Fransa paytaxtının hava limanları vasitəsi ilə gündə 350 minə yaxın adam daşınacaq.
İyulun 26-dan avqustun 11-nə qədər davam edəcək Olimpiya Oyunları 35 idman obyektində keçiriləcək ki, bunların 14-ü olimpiya kəndinin hüdudlarının 10 kilometrliyində olacaq.