"Qarabağ"ın "Olimpiya" ilə oyunları bu kanalda

22.08.2023 11:13 1 492
Avropa Liqası
"Qarabağ"ın Avropa Liqasının pley-offunda "Olimpiya" (Sloveniya) ilə oyunlarını canlı yayınlayacaq kanal müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, matçlar "İdman TV" vasitəsi ilə açıq yayımla nümayiş olunacaq.

Qeyd edək ki, "Qarabağ"ın "Olimpiya" ilə avqustun 24-ü səfərdə keçiriləcək ilk matçı Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.

Bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq cavab görüşü isə saat 20.00-da start götürəcək.