BOK Fransada parlament seçkisinin birinci turundan sonra kütləvi etiraz aksiyaları fonunda Olimpiadanın təxirə salınması ilə bağlı yayılan xəbərlərin dezinformasiya olduğunu açıqlayıb:
"Bu, açıq-aşkar Fransaya, BOK-a, onun prezidentinə və Olimpiya Oyunlarına qarşı davam edən dezinformasiya kampaniyasının bir hissəsidi. Belə xəbərlərin heç bir faktiki əsası yoxdu. BOK prezidenti və bütün olimpiya hərəkatı 2024-cü ildə Parisdə keçiriləcək möhtəşəm Olimpiya Oyunlarını səbirsizliklə gözləyir".
Xatırladaq ki, Paris Olimpiadası iyulun 26-da start götürəcək və avqustun 11-nə qədər davam edəcək.




