Nemanya Matiç artıq “Roma”nın oyunçusu deyil.
“Football-plus.az” xəbər verir ki, o, İtaliya klubunu tərk edib. Serbiyalı yarımmüdafiəçi “Renn” ilə anlaşıb. Matiç Fransa klubu ilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayıb. Transfer “Renn”ə 2 milyon avroya başa gəlib.
Nemanyanın “Roma”nı baş məşqçi Joze Mournyo ilə münaqişə səbəbindən tərk etdiyi məlum olub. O, paytaxt klubuna 2022-ci ildə “Mançester Yunayted”dən keçmişdi.