Orxan Əliyev növbəti mövsüm harda forma geyəcək?

12.07.2024 19:55 450
Ölkə futbolu / Manşet
Ötən mövsümün sonunda “Araz-Naxçıvan”la yollarını ayıran Orxan Əliyev hələ də klubsuzdu.

Mövsümboyu “qırmızı-qaralar”ın seçilən hüçumçusu seçim etməkdə tələsmək istəməsə də, aydın məsələdi ki, gecikir. Klublar xaricdə və ölkəmizdə kollektiv məşqləri intensivləşdirdiyi vaxtda Orxanın futboldan kənar qalması məntiqəuyğun deyil. Bəs "Araz-Naxçıvan"ın sabiq futbolçusunun hansı planları var, transfer işləri niyə ləng gedir?

Fikirlərini öyrənmək üçün Əliyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Hazırda fərdi şəkildə məşq edirəm. Çalışıram özümü formada saxlayım. Təkliflər oldu, amma alınmadı. Bəzi səbələrə görə baş tutmadı. Yenə də danışıqlar davam edir. Qarşıda bilinəcək ki, nə necə olacaq. Özüm də başa düşürəm ki, vaxt azdı. Buna baxmayaraq, klub axtarıram, qarşılıqlı danışıqlar gedir. Ümid işığı həmişə var. Özüm də səbirsizlənirəm ki, hara gedəcəm.Yaxın günlərdə, yəqin ki, bəlli olar”.

RÖYANƏ OĞUZ