Nəbi ilə Seyid 1/8 finala yüksəldi - AÇ

18.09.2026 10:52 18
İdman
Bolqarıstanın paytaxtı Sofiyada qadın və kişi boksçular arasında Avropa çempionatına start verilib.

"Football-plus.az" xəbər verir ki, 43 ölkədən 406 idmançının qatıldığı yarışın ilk günü rinqə çıxan millimizin hər iki üzvü çıxışını qələbə ilə başa vurub.

Nəbi İsgəndərov (70 kq) startda Miloş Poqanoviçlə (Monteneqro) gücünü yoxlayıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (29:28, 30:27, 28:29, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, sabah 1/8 finalda Fabian Tomkiçlə (Xorvatiya) döyüşəcək.

Seyid Seyidov (85 kq) da 1/16 final görüşünü xeyrinə bitirib. Təmsilçimiz İdris Leqanesi (Belçika) 4:1 (29:28, 27:30, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Milli üzvü bu gün 1/8 finalda ilk mərhələdən azad olan Adrian Rikardo (İspaniya) ilə münasibətinə aydınlıq gətirəcək.

Avropa çempionatının qaliblərinin adına sentyabrın 25-də aydınlıq gələcək.