"Araz-Naxçıvan"ın bombardiri məşqi buraxdı

5.03.2024 16:00 269
Premyer-liqa
“Sabah”la oyundan sonra 2 gün istirahət edən “Araz-Naxçıvan” bu gün məşqləri bərpa edib.

"Football-plus.az" xəbər verir ki, Bakı Olimpiya Stadionunda təxminən 90 dəqiqə davam edən hazırlıq prosesində yüngül zədəsi olan Aksel Nqando və Orxan Əliyev iştirak etməyib. Onların “Turan Tovuz”la matça hazır olub-olmayacaqları qarşıdakı günlərdə məlum olacaq.

Orxan Əliyev bu mövsüm Misli premyer-liqasında 9 qol vuraraq bombardirlər arasında yer alıb. O, komandasının ən sərrast oyunçusudu. Fransalı yarımmüdafiəçi Nqando isə bu mövsüm Naxçvan təmsilçisində 16 oyuna 3 qol vurub, 3 qol ötürməsi edib.

Qeyd edək ki, “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu martın 10-da Tovuz şəhər stadionunda keçiriləcək. Görüş saat 15.30-da start götürəcək.