Ayxan Abbasov yığmaya 30 futbolçu çağırdı - KÖHNƏ VƏ YENİ ADLAR

18.09.2026 11:54 306
Ölkə futbolu
Millimizin heyəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Ayxan Abbasov yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də səfərdə Litva millisi ilə, oktyabrın 1-də Lixtenşteyn yığması ilə, həmçinin oktyabrın 4-də Litva millisi ilə keçiriləcək oyunlara 30 futbolçu dəvət edib. Rəvan Mirzəmmədov, Edqar Adilxanov, Oruc Məmmədov və Fərid Yusifli ilk dəfə əsas komandanın düşərgəsində olacaq.

Qapıçılar: Aydın Bayramov, Rəvan Mirzəmmədov, Emil Balayev.

Müdafiəçilər: Bədavi Hüseynov, Murad Xaçayev, Cəlal Hüseynov, Anton Krivotsyuk, Rahil Məmmədov, Elvin Bədəlov, Rəhman Daşdəmirov, Toral Bayramov, Tellur Mütəllimov, Rüfət Abbasov.

Yarımmüdafiəçilər: Ceyhun Nuriyev, Edqar Adilxanov, Emin Mahmudov, Fərid Yusifli, Rəhim Sadıxov, Rüfət Abdullazadə, Emil Səfərov, Abdulla Xaybullayev, Aleksey İsayev, Oruc Məmmədov, Ayxan Hüseynov, Anatoli Nuriyev, Mustafa Əhmədzadə.

Hücumçular: Vüsal İsgəndərli, Musa Qurbanlı, Mahir Emreli, Renat Dadaşov.