Boksçularımız Avropa çempionatına qələbə ilə başladı

17.09.2026 23:52 18
İdman
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə Avropa çempionatı start götürüb.

"Football-plus.az" xəbər verir ki, turnirin ilk günündə millimizin iki üzvü – 70 kq çəki dərəcəsində Nəbi İsgəndərov və 85 kq-da Səid Səidov rinqə çıxıblar.

Hər iki boksçu rəqibi üzərində 4:1 hesablı qələbə qazanıb. İsgəndərov monteneqrolu Miloş Poqanoviçə, Səidov isə belçikalı İdris Leqanesiyə qalib gəlib.

Bu nəticə hər iki idmançıya turnirin 1/8 final mərhələsinə vəsiqə qazandırıb.

Ümumilikdə qitə birinciliyində 11 boksçumuz iştirak edir.